Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə cəmiyyət ciddi şəkildə parçalanıb... - Zəifləmiş yəhudi faktoru regionda hansı prosesləri tətikləyə bilər?

İsrail hökümətinin keçirdiyi konstitutsiya islahatı bu ölkədə cəmiyyətin ciddi şəkildə parçalanmasına səbəb olub...

Politoloq: “İsraildə demokratiyanın məhz yüksək səviyyədə inkişaf etməsi ölkə daxilində müəyyən etirazların, mitinqlərin keçirilməsi ilə xarakterizə olunur”.

“Siyasi qərarlarda xalqın razılaşmadığı nüanslar olanda bu tip aksiyalar olur. Buna görə də hesab etmirəm ki, aksiyalar hansısa bir mənada İsrail dövləti üçün dərinləşdirilmiş bir problemə səbəb olsun”.

Bu sözləri politoloq Tural İsmayılov İsraildə baş verənləri Poliqon.info-a şərh edərkən qeyd edib.

İsrail hökümətinin keçirdiyi konstitutsiya islahatı bu ölkədə cəmiyyətin ciddi şəkildə parçalanmasına səbəb olub. Hətta bəzi siyasi müşahidəşilər uzağa gedərək bu islahatların ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcəyini deyirlər. Dünən isə İsraildə Netanyahunun islahatlarına qarşı yüz minlərlə israilli küçələrə axışıb.

İsraildəki bu siyasi böhranı nə qədər təhlükəli hesab etmək olar və bu siyasi böhran yeni hökümətin istefasına səbəb ola bilərmi? Ümumiyyətlə isə, son iki ildə keçirilən seçkilərdə İsrail cəmiyyətinin kifayət qədər parçalandığını göstərir. Zəifləmiş İsrail faktoru regionda hansı prosesləri tətikləyə bilər?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “İran və başqa təxribatçı qüvvələr zəifləmiş İsrail faktorundan təkcə İsrail regionda deyil, dünyada bütün geopolitik proseslərdə istifadə etməyə başlayacaq”.

Aksiyaların islahatlara, ən dərin mənada isə hansısa hökümət böhranına və hökümətin istefasına səbəb ola biləcətini düşünən politoloq qeyd edib ki, bütövlükdə İsrailin güc olaraq zəifləməsindən söhbət gedə bilməz:

“Nəzərə almaq lazımdır ki, daim siyasi demokratiya üstün səviyyədə olub. İsrail dövlətçilik ənənələri çox güclü olan ölkələrdən biridir. Həm ölkə daxilində demokratik təhcizatlar və insan hüquqları ilə bağlı vəziyyət yüksək həddə olun. Həm də İsrail demokratik islahatlar, demokratik reformlar aparmaqla bərabər dünyada ideoloji tezislər əsasında İsrailə qarşı həyata keçirilən psixoloji, mənəvi və informasiya terrorlarına qarşı da müqavimət göstərib.

Hesab edirəm ki, İsraildə demokratiyanın məhz yüksək səviyyədə inkişaf etməsi ölkə daxilində müəyyən etirazların, mitinqlərin keçirilməsi ilə xarakterizə olunur. Hər zaman İsraildə bu top etiraz aksiyaları olub və bu etiraz aksiyaları təkcə İsrail üçün xarakterik deyil. Ümumiyyətlə, siyasi qərarlarda xalqın razılaşmadığı nüanslar olanda bu tip aksiyalar olur. Buna görə də hesab etmirəm ki, aksiyalar hansısa bir mənada İsrail dövləti üçün dərinləşdirilmiş bir problemə səbəb olsun.

Tural İsmayılov: “Zəifləmiş İsrail faktoru regionda üşün çox böyük problem ola bilər”.

Nəzərə alınmalıdır ki, Netanyahunun hakimiyyəti İsraildə birinci dəfə deyil ki, hakimiyyətə gəlir. Bu da o deməkdir ki, daha əvvəl də Netanyahu hökumətinə etimad olub. Netanyahu hökuməti hər zaman düşdüyü çətin vəziyyətdən ölkəni xilas edə bilib. Ola bilər ki, indi təklif olunan qanuna görə Netanyahunun tərəfdarları arasında da müəyyən parçalanma var. Amma hökumətin yeni seçildiyini nəzərə aldıqda istefanın mümkün olmadığını düşünürəm. Hər bir halda hakimiyyət müəyyən bir dəyişikliklərə gedə bilər. Yaxud da xalqın etirazlarda tələbləri nəticəsində siyasi qərarlara müəyyən korrektələr edilə bilər.

Bu gün müxalifətdə bu prosesləri əsas olaraq Yair Lapidin qızışdırır. Yair Lapidin də çox yaxın vaxtlarda hakimiyyət kreslosundan getmiş insandır. İstənilən halda istefa olsa belə, bunu bütövlükdə İsrailin dövlətçiliyinin zəifləməsi kimi düşünmək olmaz. Əlbəttə, zəifləmiş İsrail faktoru regionda üşün çox böyük problem ola bilər. Eyni zamanda İran və başqa təxribatçı qüvvələr zəifləmiş İsrail faktorundan təkcə İsrail regionda deyil, dünyada bütün geopolitik proseslərdə istifadə etməyə başlayacaq.

Bir daha qeyd edim ki, aksiyalar islahatlara, ən dərin mənada isə hansısa hökümət böhranına və hökümətin istefasına səbəb ola bilər. Amma bütövlükdə İsrailin güc olaraq zəifləməsindən söhbət gedə bilməz”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket: İsrail Etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar