İsrail 27 fransız millət vəkili və rəsmisinin Yəhudi dövlətinə və Fələstin Muxtariyyətinə planlaşdırılan səfərindən iki gün əvvəl giriş vizalarını ləğv edib...
Poliqon xəbəbr verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. Daxili İşlər Nazirliyi vizaların hakimiyyət orqanlarına dövlət əleyhinə hərəkət edə biləcək şəxslərin ölkəyə girişini qadağan etməyə icazə verən qanuna uyğun olaraq ləğv edildiyini qeyd edib.
Nümayəndə heyəti Fransanın Qüdsdəki səfirliyi tərəfindən dəvət edildiyini və “beynəlxalq əməkdaşlığı və sülh mədəniyyətini gücləndirmək” missiyası çərçivəsində regiona səfər etməyi planlaşdırdığını bildirib.
“Gedişimizə 48 saat qalmış İsrailə giriş icazəmizin ləğv edilməsi Fransa ilə diplomatik münasibətlərin və respublikanın seçilmiş nümayəndələri kimi bizim mandatlarımızın ciddi şəkildə pozulması deməkdir ki, bu da dövlətimizin ən yüksək orqanlarından birmənalı mövqe tələb edir”, deyə parlamentarilər vizaların ləğv olunması ilə bağlı prezident Makrona da müraciət edərək qeyd ediblər.
Qeyd edək ki, bu hadisə Makronun Parisin yaxın aylarda Fələstin dövlətini tanımağı planlaşdırdığını açıqlamasından sonra İsrail və Fransa arasında münasibətlərin gərginləşməsi fonunda baş verib.
Poliqon.info