Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Fransadan müdafiə satınalmalarını dayandırır

Paris ilə Təl-Əviv arasında münasibətlərdə dərinləşən gərginlik artıq hərbi-texniki əməkdaşlığa da təsir göstərib, İsrail Fransanı etibarlı müdafiə tərəfdaşı kimi görmədiyini nümayiş etdirir...

Poliqon Maariv məşrinə istinadən xəbər verir ki, İsrail ilə Fransa arasında münasibətlərdə yaranmış böhran yeni mərhələyə keçib və artıq praktiki addımlarla müşayiət olunur. İsrail rəhbərliyi Paris ilə müdafiə sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltmaq, o cümlədən Fransa istehsalı olan təhlükəsizlik və hərbi təyinatlı məhsullar üzrə yeni satınalmaları dayandırmaq qərarı verib.

Məlumata görə, bu addım iki ölkə arasında son illər yığılıb qalan fikir ayrılıqlarının nəticəsi olsa da, “son damla” Fransa tərəfinin İsrailə hərbi yüklərin daşınması üçün öz hava məkanını təqdim etməkdən imtina etməsi olub. Mənbələrin bildirdiyinə görə, məhz bu insident əməkdaşlıq siyasətinə yenidən baxılması prosesini kəskin sürətləndirib.

Bildirilir ki, İsrail yalnız Fransadan müdafiə məhsullarının idxalını məhdudlaşdırmaqla kifayətlənmir, eyni zamanda Fransaya öz müdafiə təyinatlı məhsullarının ixracını da dayandırır. Qərarın yüksək səviyyədə, müdafiə nazirinin iştirakı və ölkə rəhbərliyinin təsdiqi ilə qəbul edildiyi qeyd olunur.

Bununla yanaşı, hazırda qüvvədə olan müqavilələrin saxlanılacağı vurğulanır. Lakin dövlətin birbaşa iştirakını tələb edən iri həcmli gələcək razılaşmaların artıq risk altına düşdüyü bildirilir. Bu isə Fransa ilə İsrail arasında müdafiə sənayesi üzrə uzunmüddətli əməkdaşlıq perspektivlərini ciddi şəkildə zəiflədə bilər.

İsrail tərəfi hesab edir ki, hazırkı böhran ayrı-ayrı epizodlardan ibarət deyil, daha geniş miqyaslı və sistemli münasibətlərin pisləşməsi fonunda formalaşıb. Təl-Əviv Fransanın son illərdə atdığı bir sıra addımları buna nümunə göstərir. Bunlara silah tədarükünə qoyulan məhdudiyyətlər, Yaxın Şərqdə keçirilən hərbi əməliyyatlarla bağlı siyasi təzyiqlər, həmçinin İsrailin müdafiə şirkətlərinin beynəlxalq ixtisaslaşmış sərgilərdə iştirakına yaradılan maneələr daxildir.

Mənbələrin qənaətinə görə, bütün bu proseslərin nəticəsində Paris artıq İsrail tərəfindən əvvəlki kimi etibarlı müdafiə tərəfdaşı hesab edilmir. Hazırda qəbul olunan qərarlar iki ölkə arasında hərbi-texniki əməkdaşlığın xarakterini uzun müddətə dəyişdirə və gələcək münasibətlərə ciddi təsir göstərə bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay