Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya sahillərində batan "Ursa Mayор" gəmisi Şimali Koreyaya nüvə reaktorları daşıyırmış

İspaniya aparılan araşdırma rus gəmisinin yükünün açıqlanan məlumatlardan fərqli olduğunu üzə çıxarıb...

Bir il əvvəl Kartaxena sahillərində batmış rus gəmisi "Ursa Mayор" gəmisinin Şimali Koreyaya iki nüvə reaktoru daşıdığı müəyyən edilib. Moskva isə əvvəllər yükün yeni buzqıranlar üçün gövdə qapaqları olduğunu bildirirdi.

Poliqon xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "La Verdad" nəşri yayıb.

Rusiya hakimiyyətinin açıqlamasına görə, qeyri-adi marşrut üzrə Sankt-Peterburqdən Vladivostoka gedən ticarət gəmisi üç partlayış nəticəsində batıb və bu partlayışlar terror aktı kimi qiymətləndirilib. Araşdırmalar göstərir ki, hadisəni qərb ölkələrindən birinin sualtı qayığı törədə bilərdi, məqsəd isə nüvə reaktorlarının Şimali Koreyaya gizli çatdırılmasını əngəlləmək idi. Eyni zamanda, Rusiya silahlı qüvvələrinin də sübutların məhv edilməsində iştirakı ehtimal olunur.

"Ursa Mayор"un kapitanı bildirib ki, saat 11:50-də sağ tərəfində üç partlayış baş verib. 41-ci şpanhqut ətrafında, təxminən 35 santimetr hündürlükdə, 50x50 santimetr ölçüdə bir deşik aşkarlanıb və kənarları içəri əyilib. Bu, metal lövhənin xaricdən deşildiyinin əyani sübutu olub və gəminin sürətinin itirilməsinə, son nəticədə isə idarəetmənin itirilməsinə səbəb olub.

Kapitanın təsvir etdiyi ölçülər adi torpedaya uyğun gəlməsə də, superkavitasiya torpedasının başlığına uyğundur. Belə silahın diametri 500 millimetrdir və gəmini batırmaq üçün partlayıcı maddəyə ehtiyac yoxdur. Bu texnologiya Rusiyada, Çində və bir neçə NATO ölkəsində mövcuddur.

"Ursa Mayор" batarkən, 23 dekabr 2024-cü il tarixində saat 21:57:00–21:58:30 arasında Milli Coğrafiya İnstitutunun seysmoloqları həmin yerdə 1,6–1,8 maqnituda ölçüsündə sarsıntılar qeydə alıb ki, bu da 20–50 kiloqram TNT partlayışına uyğundur.

İspan araşdırmaları göstərir ki, gəminin yükü Vladivostok yaxınlığında yerləşən və Rusiyaya sərhəd şəhəri Həsanla dəmir yolu bağlantısı olan Şimali Koreyanın Rasón liman şəhərinə çatdırılmaq üçün nəzərdə tutulub.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay