Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad olunmuş rayonların idarəetmədə çevikliyi necə təmin olunur?

Azərbaycan dövləti Laçın rayonunun təhlükəsizliyinin qorunması və yerli sakinlərin oraya qaytarılması üçün üzərinə düşən bütün işləri yerinə yetirir...

Erməni iğşalından azad olunan rayonlarımızın abadlaşıdlması Azərbaycan dövləti üçün hazırda ən ümidə məsələdir. Prezident İlham Əliyev səviyyəsində bu məsələ diqqət mərkəzindədir. Məlumdur ki, Vətən müharibəsindən sonra Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı olub. 2021-ci ilin iyulun 7-də imzalanmış fərmana görə, ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Sənəddə qeyd olunduğu kimi, Zəngilan, Qubadlı, Cəbrayıl, LaçınKəlbəcər rayonlarının Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirilməsi zəruri hesab edilib. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan AğcabədiBərdə rayonları isə yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

İşğaldan azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası, idarəetmədə çevikliyin təmin olunması məqsədi ilə bu iqtisadi rayonların hər birinin tərkibindəki rayonlar üzrə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndələri təyin olunur.

Martın 28-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama görə, Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Elə həmin gün Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edərərək ona yeni vəzifəsinə uyğun olaraq tapşırıqlarını verib. Cənab Prezident qeyd edib ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır: “Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır”.

Hazırda “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlarda intensiv bərpa quruculuq-işləri görülməkdədir. Laçın rayonu xüsusən heyvandarlığın inkişafı üçün böyük potensiala malikdir. Bunun üçün artıq Laçın rayonuna çobanlar ilə qoyun sürüləri göndərilib. Laçın rayonunda yüzlərlə arıçı da öz təsərrüfatını qurub inkişaf etiməkdədirlər. Hazırda Laçında da Beynəlxalq Hava Limanının tikilməsi bu bölgənin beynəlxalq statusunu artıracaq. Cənab Prezident qəbulda Laçın rayonunda beynəlxalq hava limanının inşa edilməsi zərurətindən də danışıb: “O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik”.

Bütün bu işlərin aparılmasında məqsəd laçınlıların öz doğma şəhərinə qayıtması və təhlükəsiz yaşmasıdır. Dövlətimizin başçısının dediyinə görə, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Göründüyü kimi, Azərbaycan dövləti Laçın rayonunun təhlükəsizliyinin qorunması və yerli sakinlərin oraya qaytarılması üçün üzərinə düşən bütün işləri yerinə yetirir.

Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar