Bazar ertəsi, 05 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən çıxarılan nazir müavini həbs oluna bilər – Firdovsi Əliyevin vurulmasının səbəbi məlum oldu…

Nazir müavinin maxinasiyaları üzə çıxdıqdan dərhal sonra işdən çıxarılıb...

Xəbər verdiyimiz kimi, dünən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.

Firdovsi Əliyevin işdən azad olunması ilə bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub. İddialara görə, 18 il nazir müavini işləyən Firdovsi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı nazir Muxtar Babayevi də məharətlə aldadırmış. Nazir müavinin maxinasiyaları üzə çıxdıqdan dərhal sonra işdən çıxarılıb.

AzToday.az-a danışan mənbə bildirir ki, Firdovsi Əliyevin faktiki tabeliyində olan Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun vəsaitləri təyinatı üzrə xərclənmirmiş…

Mənbə Firdovsi Əliyevlə bağlı cinayət işinin başlanmasını belə istisna etmir.

Nazir müavini ilə bağlı səslənən iddiaları dəqiqləşdirmək üçün onunla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Yaxın günlərdə Firdovsi Əliyevin əməlləri ilə bağlı araşdırma yazımız olacaq.

Qeyd edək ki, Firdovsi Əliyev illərdir mediada meşələrin qırılıb məhv olunmasında əsas günahkarlardan biri kimi təqdim olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün 200 dəfə ölümlə hədələnən prezident kimdir?

Saatlıdakı qətlin təfərrüatları məlum oldu 

İrəvan “Zəngilan dəhlizi”nə Rusiyanın nəzarət etməsini istəmir...

Paşinyan Türkiyədə niyə ikinci sırada oturmuşdu? - Mirzoyandan açıqlama...

“Məni boşasa da, sizi gəlib almayacaq” - Ülviyyə

“Super casus Putin” mifi – Bu mif necə yaranıb?..

Türkiyənin yeni hökümət... - Ərdoğanın bu Kabineti əvvəlki hökümətlərdən nəylə fərqlənəcək?

Qriqoryanın “Zəngilan dəhlizi” açıqlaması... - Üçtərəfli Bəyanat qüvvədən düşür?

Ən çox oxunanalar