Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqda “Kətaib Hizbullah” qruplaşmasının liderlərindən biri öldürülüb

Qruplaşmanın tanınmış sahə komandiri Əbu Həsən əl-Freyci təhlükəsizlik əməliyyatı zamanı öldürülüb...

Poliqon xəbər verir ki, İraqda keçirilən əməliyyat nəticəsində Kətaib Hizbullah qruplaşmasının liderlərindən biri zərərsizləşdirilib.

Məlumata görə, öldürülən şəxsin adı Əbu Həsən əl-Freycidir. O, qruplaşmanın əsas səhra komandirlərindən biri hesab olunurdu və təşkilatın əməliyyat fəaliyyətində mühüm rol oynayırdı.

Məlumatlarda bildirilir ki, “Kətaib Hizbullah” regionda fəaliyyət göstərən ən radikal İranmeyilli silahlı qruplaşmalardan biri kimi tanınır. Təşkilat xüsusilə ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki hərbi mövcudluğuna qarşı sərt mövqe ilə seçilir.

Qruplaşma 2023–2025-ci illər ərzində ABŞ-yə məxsus hərbi obyektlərə qarşı bir sıra hücumlarda iştirak edib. Bu hücumlar əsasən İraq və Suriya ərazisində yerləşən Amerika hərbi bazalarını hədəf alıb.

Ekspertlərin fikrincə, qruplaşmanın tanınmış komandirlərindən birinin aradan götürülməsi təşkilatın əməliyyat fəaliyyətinə müəyyən təsir göstərə bilər. Bununla belə, analitiklər hesab edir ki, regionda fəaliyyət göstərən bu tip silahlı qrupların strukturunun şəbəkə xarakterli olması onların fəaliyyətinin tam dayandırılmasını çətinləşdirir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay