Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın sabiq müdafiə rəsmisi: Naxçıvanın vurulmasının arxasında daxilində komandanlıq böhranı və fanatik qruplar dayanır...

Rza Talebi iddia edir ki, insidentin arxasında İran daxilində komandanlıq böhranı, hakimiyyət uğrunda mübarizə və fanatik qrupların qərarları dayanır...

Poliqon xəbər verir ki, İran Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Rza Talebi Naxçıvan istiqamətində baş vermiş insidentin səbəblərini ölkə daxilində yaranmış hərbi-siyasi vəziyyətlə əlaqələndirib.

Talebinin sözlərinə görə, hadisənin kökləri ABŞ və İsrailın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların altıncı günündə yaranmış vəziyyətlə bağlıdır. Onun iddiasına görə, hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rəhbərliyi məhv edilib və orta səviyyəli zabit heyəti faktiki olaraq iflic vəziyyətinə düşüb.

Keçmiş rəsmi bildirib ki, kommunikasiya kanallarının pozulması səbəbindən bölmə komandirləri fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş təlimatlara əsasən hərəkət etməyə başlayıblar. Onun fikrincə, bu vəziyyətdə bəzi radikal hərbi qruplar özbaşına qərarlar qəbul etmiş ola bilər.

Talebi hesab edir ki, belə qrupların məntiqi olduqca təhlükəlidir. Onun sözlərinə görə, bu şəxslər ali rəhbərin öldürülməsi və siyasi sistemin sarsılması fonunda “əgər İran olmayacaqsa, qoy bütün dünya fəlakətlə üzləşsin” kimi yanaşma ilə hərəkət edə bilərlər. Ekspertin fikrincə, belə düşüncə tərzi regionda vəziyyəti daha da gərginləşdirərək Azərbaycan və Türkiyənin genişmiqyaslı münaqişəyə cəlb olunmasına səbəb ola bilər.

Talebi vəziyyəti sabitsizləşdirən daha iki amilin olduğunu qeyd edib. Onun sözlərinə görə, birinci faktor hakimiyyət uğrunda daxili mübarizədir. İnqilab Keşikçiləri Korpusu daxilində yüksək vəzifəli şəxslərin aradan götürülməsindən sonra boş qalan postlar uğrunda ciddi rəqabət yaranıb və zabitlər dövlət büdcəsinə çıxış əldə etmək üçün mübarizə aparırlar.

İkinci faktor isə İranın şimal bölgələrində mümkün kürd hücumları ilə bağlıdır. Talebi bildirib ki, İranın şimal-qərbində yerləşən və bəzən “Cənubi Azərbaycan” adlandırılan bölgədə yerləşən SEPAH qüvvələri İran kürd silahlı qruplarının irəliləməsindən ehtiyat edir.

Onun ehtimalına görə, bəzi dairələr Naxçıvan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsi ilə Azərbaycan ordusunun İranın şimal vilayətlərinə müdaxiləsini təhrik etməyə çalışa bilərdilər. Belə bir ssenari isə regionda qüvvələr balansını dəyişdirərək kürd qruplarının planlarını pozmağa hesablanmış ola bilər.

Talebi bildirib ki, Naxçıvan istiqamətində dronların göndərilməsi ehtimal ki, məhz bu cür hesablamaların nəticəsi ola bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay