Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranı Rusiyaya ballistik raket satmağa nə məcbur edə bilər?

Oktyabrın 18-də BMT-nin İrana öz raketlərini və raket texnologiyalarını ixrac etməyi qadağan edən qətnaməsinin müddəti başa çatır...

"Rusiya qarşılığında nüvə texnologiyasını paylaşmağa razılaşarsa, İrandan ballistik raketlər ala bilər".

Poliqon xəbər verir ki, bunu rusiyalı müxalif bloger və hüquqşünas Mark Feyqin "Kanal 24"ə müsahibəsində deyib. Ekspert bildirib ki, nəzəri olaraq, bu, Tehrana Moskva ilə sərbəst şəkildə belə raketlərin tədarükü üçün müqavilə bağlamağa imkan verir. Bununla belə, Feyqinin sözlərinə görə, BMT-nin bu qətnaməsi İranın Rusiyaya silah tədarükü məsələlərində heç bir rol oynamır.

"Düşünürəm ki, İranın ballistik raketlərin ötürülməsi ona tətbiq edilən məhdudiyyətlərdən qətiyyən asılı deyil. O, həm yaramaz ölkədir, həm də terrorun sponsorudur. İran sanksiyaların sayına görə Rusiyadan sonra ikinci yerdədir", deyə rusiyalı müxalifətçi qeyd edib.

Feyqinin fikrincə, İranın raketlər ixrac etmək istəyinə təsir edəcək əsas amil Rusiyanın ödəməyə razı olacağı qiymətdir:

"Əgər Moskva İrana maraqlı nəsə təklif etsə, məsələn, nüvə texnologiyası ilə bağlı, o zaman onlar təbii ki, istənilən raketləri verəcəklər. Başqa bir şey də odur ki, Rusiya da nüvə texnologiyasının ötürülməsi istiqamətində bu qədər qətiyyətlə hərəkət etməkdən qorxur. Bu, Moskva üçün çox çətin olacaq. Həm Moskva, həm də Tehranla yaxşı münasibətləri olan Çinə gəlincə, o, tərəfdaşlarının hərəkətlərinə görə məsuliyyət daşımamaq üçün bu danışıqları yalnız kənarda izləyəcək"..

Qeyd edək ki, İran raketlərinin Rusiyaya tədarükünün potensial imkanları ilə bağlı söhbətlər ötən ilin payızından, rusların Ukraynada İran pilotsuz uçan aparatlarından fəal şəkildə istifadə etdiyi vaxtdan bəri davam edir. Lakin indiyədək belə tədarüklər baş tutumayıb.

Bu yaxınlarda Amerika Müharibənin Tədqiqi İnstitutu qeyd edib ki, oktyabrın 18-də BMT-nin İrana öz raketlərini ixrac etməyi qadağan edən qətnaməsinin müddəti bitəcək. Analitiklər hesab edirlər ki, bu, Tehranı Rusiya ilə raket tədarükü üçün bağlı razılığa gəlməyə inandıra bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Ən çox oxunanalar