Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran rəsmisi: Rusiya 12 günlük müharibə zamanı İsrailə kəşfiyyat məlumatları ötürüb...

Səid Məhəmməd Sədr: Moskva ilə strateji ittifaq faydasızdır, Rusiyaya güvənmək olmaz...

İranın Məsləhət Şurasının üzvü Səid Məhəmməd Sədr bildirib k7, iyunda baş verən 12 günlük İran-İsrail müharibəsi zamanı Rusiya İsrailə İranın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yerlərlə bağlı kəşfiyyat məlumatları təqdim edib.

Poliqon xəbər verir ki, Sədr bu barədə "Synergyir" kanalına müsahibəsində bildirib.

"Baş verənlər göstərdi ki, Moskva ilə strateji ittifaq faydasızdır. Rusiya sadəcə İsrailin İrana hücumunu bəyənmədiyini dedi, amma əslində ona yardım göstərdi", deyə İranlı rəsmi bildirib.

Sədr əlavə edib ki, Moskvanın digər ölkələrlə münasibətləri də eyni nümunəni göstərir.

"Məsələn, Türkiyə NATO üzvüdür. NATO nədir? Rusiyanın əleyhinə qurum. Amma Rusiya Türkiyəyə S-400 satmağa razı oldu. Bu, uzun müddət danışdığımız strateji tərəfdaşlıqdan tamamilə uzaqdır", deyə İranın Məsləhət Şurasının üzvü vurğulayıb.

Sədr Moskva ilə münasibətlərin davam etməsinin vacibliyini vurğulasa da, Rusiyaya etibar edilməməli olduğunu qeyd edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay