Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqlim dəyişikliyi Avropanı həmişəlik dəyişəcək

İnsan fəaliyyəti iqlimin istiləşməsinə azı son 2000 ildə görünməmiş dərəcədə təsir edir.

Bu nəticəyə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 6-cı hesabatında gəlinib.

İqlim dəyişikliyi artıq planetin məskunlaşmış bölgələrinin hamısına təsir edir.

1995-ci ildən 2014-cü ilə qədər Avropanın necə təsnif edildiyinə nəzər salsaq, Şimali Avropada subarktik və okeanik iqlim, Şərqi Avropada əsasən kontinental iqlim, Qərbi və Mərkəzi Avropada kontinental, okeanik və qismən rütubətli subtropik iqlimin qarışığı, Avropanın cənubunda Aralıq dənizi iqlimi üstünlük təşkil etdiyi halda, bəzi ərazilərdə isti yarımquraq iqlim, şimalda isə rütubətli subtropik iqlim üstünlük təşkil edib.

Eyni xəritədə alimlərin 2076-cı ildən iqlim təsnifatı ilə bağlı proqnozlarına görə ilk diqqət çəkən odur ki, Şimali Avropada subarktika iqlimi demək olar tamamilə yox olur.

Bütün regionda kontinental iqlim kəskin şəkildə geri çəkilir, okean iqlimi rütubətli subtropiklə əvəz olunacaq.

Mütəxəssisləri xüsusi narahat edən bir dəyişiklik isə Avropanın cənubunda baş verir, burada səhra ərazilərinin əhəmiyyətli dərəcədə genişlənməsi və yarımquraq iqlim gözlənilir ki, bu da şübhəsiz ki, milyonlarla insana təsir edəcək.

Ekstremal hadisələrin tezliyinin təsirinə misal olaraq İspaniyanın Kataloniya bölgəsini göstərmək olar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kataloniya 1905-ci ildə bəri ən pis quraqlıqla üzləşib. Nəticədə Kataloniya 200-dən çox bələdiyyəni əhatə edən su məhdudiyyəti planını tətbiq edib.

Kataloniyada 29 aydır yağış yağmayıb və Barselonanı və bütün metropoliteni qidalandıran əsas su anbarları keçən ay aparılan ölçmələrə görə, tutumlarının yalnız 28%-ni istifadə edir. (oxu.az)

Poliqon.info 


Etiket: İqlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar