Real Partiyasının sədri İlqar Məmmədovun “Facebook”da yazdığı son statusu geniş müzakirəyə səbəb olub
PİA.az xəbər verir ki, partiya sədri, müğənni Üzeyir Mehdizadə barədə tərifəlayiq, xoş sözlərdən sonra sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib.
İ.Məmmədovun qalmaqallı statusunu olduğu kimi təqdim edirik:
“100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda Facebook'dan güclü idi. Orda bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadənin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı, baxmayaraq ki, “musiqisini bəyənirəm” demədim (fərqli zövq məsələsidir), sadəcə “böyük istedadını görürəm” dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!” (Demokrat.az)
pia.az