İlon Mask X sosial şəbəkəsində Pavel Durova abunə olub...
İlon Mask Pavel Durovu əvvəllər Twitter olan X sosial şəbəkəsində izləyir.
Poliqon xəbər verir ki, Telegram-ın yaradıcısı Pavel Durov da Tesla, SpaceX və X şirkətlərinin rəhbəri İlon Maskın abunəçisidirdir. Durov Code resursunun redaktorları buna diqqət çəkiblər.
Qeyd olunub ki, İlon Mask Pavel Durovun X-də oxuduğu yeganə istifadəçi olub. Bundan əvvəl Fransadakı vəziyyət fonunda Durovun həbsdən azad olunmasına sevinib və yazıb ki, indi Pavel Durovla bağlı hər şey qaydasındadır.
Mask Durovun həbsindən sonra Fransada söz azadlığına qoyulan məhdudiyyətləri kəskin şəkildə pisləyən ilk dünya simalarından biri olub.
Xatırladaq ki, İlon Mask amerikalı sahibkar, mühəndis və milyarder, SpaceX-in qurucusu və icraçı direktoru, investor, Tesla-nın baş direktoru və təsisçisi, The Boring Company-nin qurucusu, Neuralink və OpenAI-nin həmtəsisçisi və X platformasının sahibidir.
Pavel Durov rus əsilli informasiya texnologiyaları sahəsində sahibkar, VKontakte sosial şəbəkəsinin və Telegram messencerinin yaradıcısıdır.
Poliqon.info