Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmaqda davam edəcək...

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib...

Poliqon xəbər verir ki, bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik", deyə paylaşımda vurğulanıb.

M. Pezeşkian aprelin 3-də "X" sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vuröğulayıb.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlət başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay