Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İkinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb

"Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.

Onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 6 041 nəfər namizəddən 1 202 nəfər növbəti mərhələdə (Əyani mərhələ) iştirak etmək hüququ qazanıb.

Növbəti mərhələyə uğurla keçən namizədlərin 964-ü kişi, 238-i qadındır. Ümumilikdə növbəti mərhələyə keçən iştirakçılar arasından Bakı, Sumqayıt, Gəncə və Daşkəsən şəhərlərindən olan namizədlər üstünlük təşkil edir.

Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Nəticələrə əsasən maksimal T-bal 744, o cümlədən, keçid balı 560 təyin edilib. Ümumilikdə isə 14 nəfər 700 baldan yuxarı bal toplayıblar.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə prezident seçkilərində Ərdoğan 52,11% səslə öndədir - Yenilənib

Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - Yenilənib

Türkiyə YSK: Seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan qalib gəlib

Bakıdakı Türkiyə səfirliyinin qarşısında Ərdoğanın qələbəsi qeyd edilir - Video

Sinan Oğan: Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu...

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb

Prezident bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışıb

"Qaçqınkom" Laçın şəhərinə qayıdışın başlaması ilə bağlı məlumat yayıb

Türkiyədə prezident seçkilərində seçici fəallığı məlum olub

Ən çox oxunanalar