Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki il əvvəl törədilən oğurluğun üstü açıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində "Mercedes" markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, hal-hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs iki il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

pia.az 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə prezident seçkilərində Ərdoğan 52,11% səslə öndədir - Yenilənib

Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - Yenilənib

Türkiyə YSK: Seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan qalib gəlib

Bakıdakı Türkiyə səfirliyinin qarşısında Ərdoğanın qələbəsi qeyd edilir - Video

Sinan Oğan: Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu...

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb

Prezident bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışıb

"Qaçqınkom" Laçın şəhərinə qayıdışın başlaması ilə bağlı məlumat yayıb

Türkiyədə prezident seçkilərində seçici fəallığı məlum olub

Ən çox oxunanalar