Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı Mərkəzi Xəstəxanada olub, müalicə alan xəstələrlə görüşüb

Ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı hər bir dövlət məmuru üçün nümunədir...

Əminliklə qeyd edə bilərik ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri məhz vətəndaşlara göstərilən səhiyyə xidmətidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin bariz nümunəsi mütəmadi olaraq səhiyyə müəssisələrində olması, vətəndaşlara göstərilən səhiyyə xidmətləri ilə maraqlanmasıdır.

Mayın 15-də Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə olub, xəstəxanada müalicə alan xəstələrə baş çəkib.

Rayon rəhbərliyi “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində, eləcə də digər şöbələrdə vətəndaşlara göstərilən səhiyyə xidməti, xəstəxananın aptekində olan dərmanlar, xəstələrə verilən ərzağın və yeməklərin keyfiyyəti ilə maraqlanıb.

Xəstəxanada vətəndaşlarla görüşən icra başçısı hər zaman olduğu kimi, bugünkü ziyarətin təməlində ölkə Prezidentinin onlara olan qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını vurğulayıb. Xəstəxanada müalicə alan xəstələrlə, onların yaxınları ilə səmimi söhbət edən icra başçısı onlara necə xidmət göstərildiyini öyrənib, belə görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, hər bir dövlət məmurunun vəzifə borcunun vətəndaşlara qayğı göstərmək olduğunu söyləyib. Vətəndaşlar bugünkü ziyarəti dövlətin növbəti qayğısı kimi qeyd edərək rayon rəhbərinin onların qayğıları ilə maraqlanmasını, dinləməsini minnətdarlıqla qarşılayıblar. Onlara göstərilən xidmətlərə görə xəstəxananın həkimlərinə, tibb işçilərinə razılıqlarını ifadə ediblər.

"Səhiyyə sahəsi xidmət sahələri arasında öncül yerdə dayanır”, - deyən icra başçısı bu sahənin istər nizam-intizamda, istər səliqə-sahmanda, istər vətəndaşlara göstərilən səhiyyə xidmətində, istərsə də diqqət və qayğıda hər zaman nümunə olduğunu bildirib. Yüksək şəraiti olan xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməli olduğunu bir daha diqqətə çatdırıb. Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yeni xəstəxanada hər cür şərait yaradıldığını qeyd edib. Bundan sonra da böyük səylə çalışmalarını bildirən rayon rəhbəri tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan, vaxtaşırı xəstələrə baş çəkən rayon rəhbərliyinə minnətdarlıq edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar