Çərşənbə, 06 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İçərişəhər” İdarəsi: Görürsünüz ki, dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb

Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) sosial şəbəkələrdə yayılmış iddialara aydınlıq gətirilməsi üçün mətbuat konfransı keçirilib

Konfransdan sonra media nümayəndələri İdarənin əməkdaşları ilə birlikdə sosial şəbəkələrdə Kiçik Qala küçəsində söküldüyü iddia edilən bürcün yerləşdiyi əraziyə yollanıb.

Media nümayəndələri Kiçik Qala küçəsində, Qala divarları boyunca aparılan təmir işləri ilə tanış olub. Jurnalistlər sosial şəbəkələrdə yayımlanan xəbərlərin həqiqətəuyğun olmadığını müşahidə ediblər.

DTMQİ-nin Aparat rəhbəri Riad Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, 2011-2012-ci illərdə Qala divarlarının bərpası həyata keçirilib: “Bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Aparat rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə yayılan fotolardakı görüntü Qala divarları ilə əlaqəli deyil: “Burada yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Bəzi müxalif qüvvələr ərazidə aparılan yenidənqurma işlərinin Qala divarına bitişik olmasını iddia edirlər. Təbii ki, bu məlumatlar həqiqəti əks etdirmir. Özünüz də görürsünüz ki, yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb”.

“Burada 3 minə yaxın insan yaşayır və həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmayıb, əksinə, özünün coşğun həyatı ilə milyonlarla insanı özünə cəlb edir. Odur ki, onun ərazisində istər sakinlərin iş fəaliyyəti ilə məşğul olması, istərsə də xarici qonaqların istirahəti üçün ictimai iaşə obyektlərinin olması faydalı və əhəmiyyətlidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaq”, – R.Qasımov əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdən avtomobil gətirənlər üçün pis xəbər

Milli Məclis gələn il üçün yaşayış minimumunu təsdiqləyib

Ukraynalı əsgərin bu görüntüsü gündəm oldu - Video

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu ilə bağlı qərar

Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq

Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsindən azad edilib

Azər Əliyev: “Google”dan iş təklifi gələndə, dedim ki, yəqin spam mesajıdır” 

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - Yenilənib

Türkiyəli mütəxəssisdən göz yaşları içində xəbərdarlıq: “Onların da taleyi Hatay və Maraş kimi olacaq…”

Ən çox oxunanalar