Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hindistandan ucuz dərman alırlar, Dubayda baha rəsmiləşdirirlər, Azərbaycana gətirirlər”

Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir...

Bununla bağlı qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Beləliklə, “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda deputatlara təqdim olunub.

Qanun layihəsində dəyişikliklər bir neçə istiqamətdə təklif edilir. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da “Turan”a bildirib ki, layihə onları həmişə narahat edən bir məsələnin həlli – ölkəyə gətirilən dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi və asanlaşdırılması istiqamətində irəliyə atılan mühüm addımdır. Onun sözlərinə görə, dəyişikliyə əsasən, ölkədə dərman preparatının hər hansı bir forması qeydiyyatdan keçibsə, həmin preparatın digər həb, suspenziya, məhlul kimi formaları da qeydiyyatdan keçmiş sayılır və onları da əlavə icazə almadan idxal etmək olar.

O vurğulayıb ki, dərmanların qiymətlərinin yüksək olması narazılıqlara səbəb olur: “Bu məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyi ilə danışıqlar aparılmalıdır. İlk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin, sonrakı mərhələdə isə aztəminatlı vətəndaşlar, təqaüdçülər üçün bu imkan yaradılsın”.

Əmiraslanovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlər aparılır: “Bu, xarici ölkələrdən asılılığımızı həll etməyə yönəlib. Bunu edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq”.

Mövzu ilə bağlı TƏBİB rəsmiləri ilə danışmaq mümkün olmayıb.

Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, dərman preparatlarının qiymət və keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik bütün addımlar təqdirəlayiqdir: “Amma, təəssüflər olsun ki, bizdə problem qanunların işlək olmamasıdır. Qanunlarımız gözəldir, amma işlək deyil. Qanun yol verməsə də, dərman bazarında inhisarçılıq var. Kimlərsə aralıq bir şirkət yaradırlar, Hindistandan ucuz dərman alırlar, gətirib Dubayda çox baha qiymətə rəsmiləşdirirlər, oradan da Azərbaycana idxal edirlər. Qanunlarımız işləsə, dövlət buna nəzarət etsə, bunu edə bilməzlər. Hindistanda qiyməti 1 dollar olan dərman 10 dollaradır”.

Ekspert vurğulayıb ki, qanunların işlək mexanizminə nəzarət etmək, inhisarçılığı aradan qaldırmaq lazımdır: “Əgər qanun işləyirsə, ölkəyə niyə keyfiyyətsiz dərmanlar gəlir? Həkim dərman yazır, pasiyent həmin dərmanı alır, amma sağala bilmir. Həkimin də reputasiyasına xələl gəlir, pasiyentin də pulu gedir, üstəlik də sağalmır. Yəni, idxal edilən dərman preparatlarının həm keyfiyyətinə, həm qiymətinə, həm saxlanma şəraitinə çox ciddi nəzarət olunmalıdır. Kağız üzərində bu nəzarət var, amma həmin qanunlar işlək olmalıdır”.

Mütəxəssisin fikrincə də, Azərbaycanda dərman preparatlarının yerli istehsalı vəziyyətə müsbət təsir edə bilər: “Biz bu məsələdə gecikmişik. 30 ildən çoxdur ki, müstəqilliyimiz var, amma dərman vasitələrinin, tibbi sərfiyyat materiallarının bizdə istehsalı, demək olar ki, sıfır səviyyəsindədir. Düzdür, dünyada heç bir dövlət öz əhalisinin dərmana olan ehtiyacını 100 faiz səviyyəsində qarşılaya bilmir. Amma biz hansısa dərman preparatlarını istehsal edəriksə, onları digər ölkələrlə barter edə bilərik, bunun da müsbət təsiri olacaq”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar