Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda qatil tutuquşunun ifadəsi sayəsində tutulub

Hindistanda qatil və quldur ev tutuquşunun ifadəsi sayəsində saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə İndia Today nəşri məlumat yayıb. Nəşr yazır ki, Hindistanda qarət etməyə gələn və evin sahibəsini öldürən iki şəxsə haqqında doqquz il sonra hökm verilib. Cinayətkarları ifşa etməyə ev tutuquşusu kömək edib.

Cinayət 2014-cü ildə Aqra şəhərində törədilib. Həmin zaman yerli qəzetin baş redaktoru oğlu və qızı ilə birlikdə başqa bir şəhərə toy üçün gedib. Geri qayıtdıqdan sonra arvadını və itini öldürülmüş, evini soyulmuş görüb.

Evdə olan tutuquşu yemək və sudan imtina etməyə başladığı üçün, quş sahibi ev heyvanının qətlin şahidi ola biləcəyini ehtimal edib.

Ev sahibi cinayətdə iştirak edə biləcək insanların adlarını tutuquşunun yanında sadalamağa başlayıb. Sahibinin qardaşı oğlunun adını eşidən tutuquşu qışqırmağa və qəfəsdə fırlanmağa başladı. Polislərin ziyarəti zamanı quş oxşar reaksiya göstərib.

Nəticədə şübhəli şəxs saxlanılıb. Ev sahibinin qardaşı oğlunun dostu ilə birlikdə soyğunçuluq etdiyini etiraf edib. Cinayətkar tez-tez əmisinin evində olub və pul ilə zinət əşyalarının harada saxlandığını bilib.

Məhkəmə hər iki cinayətkarı ömürlük həbs cəzasına məhkum edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar