Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Babayev bir həftə avtobus sürsün...

On-on beş il əvvəl dövlət qurumlarında mətbuat katiblərinə ikinci dərəcəli adam kimi baxırdılar. Nazirliklərin, baş idarələrin, icra hakimiyyətlərinin qapıları mətbuatın üzünə bağlı olduğu üçün bu adamların işi gözə çarpmırdı.

Buna görə də nazirlər özlərinin qardaşı oğlanlarını, bacısı qızlarını, baldızının kütbeyin uşaqlarını ictimaiyyətlə əlaqələr şöbəsinə yerləşdirirdilər. Bəzən tədbirlərdə həmin adamlarla üz-üzə gəlirdik. Oxuculardan dönə-dönə üzr istəyirəm, çoxunun ağzından horra töklürdü…

Sonra vəziyyət dəyişdi. Mətbuat inkişaf elədi, nazirlərin, digər vəzifəli şəxslərin gizli əməlləri aşkara çıxdı. Bundan sonra peşəkarların xidmətinə ehtiyac yarandı. TV-lərdə dil-dil ötən aparıcılar, könə jurnalistlər baldız uşaqlarını əvəzləməyə başladılar. Axı bəzi yaramaz məmurların yarıtmaz əməllərinə “don geyindirmək” lazım idi…

İnsaf naminə deyək ki, indi fərqli situasiya yaranıb. Media ilə işləməyi bacaran mətbuat katiblərinin sayı xeyli artıb. Zəng edəndə “Ay can” deyib, adamı şirin dillə salamlayan mətbuat katibləri öz işlərini yaxşı bildikləri üçün jurnalistlərin informasiya təminatını ödəyir, bununla da təmsil etdiyi qurumun üzünü ağ edirlər…

Nəhayət, mətləbə keçmək istəyirəm. BNA rəsmisi Hikmət Babayevlə bağlı qalmaqal hələ də davam edir. Bildiyiniz kmi, BNA-nın hüquq şöbəsinin müdiri Hikmət Babayev ehtiyatsız fikirlər səsləndirməklə təmsil etdiyi qurumun onsuz da mənfi olan reputasiyasını zərbə altında qoydu. Üç gündür xalq Babayevin cəzalandırılmasını tələb edir.

Dünən BNA məlumat yaydı ki, Babayev inzibati qaydada cəzalandırılıb. Təəssüf ki, bu cəzanın nədən ibarət olduğu barədə heç bir açıqlama verilmədi. İş yoldaşlarım deyirlər ki, şöbə müdirini 10 günlük həbsə yollayıblar. Amma bunun əsksini iddia edənlər də var. Bəzi həmkarlarım deyirlər ki, Hikmət müəllimə BNA-ya aid olan “M1” avtobusunu idarə etmək həvalə olunub. Şəxsən bir jurnalist kimi canlı efirdə xalqı ələ salan hüquqşünas yoldaşın cəzasının nədən ibarət olduğu mənimçün çox maraqlıdır.

Məsələnin digər tərəfi daha maraqlıdır. BNA iddia edir ki, Hikmət Babayev canlı efirdə öz fikrini bildirib. Yəni, ARB-də səslənən fikirlərin BNA-ya aidiyyəti yoxdur, Hikmət müəllimin şəxsi mövqeyidir. Ortaya sual çıxır: sən kimsən ki, şəxsi fikrinə görə insanı cəzalandırırsan?

Dövlət qurumlarında fikirlərini sərbəst şəkildə ifadə etməyə çətinlik çəkən, iki cümləni ard-arda düzüb- qoşa bilməyən minlərlə adam çalışır. Bu adamlar öz dayaz ağılları ilə həmin postlara necə sahib olublar?

Bax, günün sualı budur…

Seymur VERDİZADƏ

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar