Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər Əliyev “ərazi mübadiləsi” planı ilə ssenarini dəyişdirdi” – Sabiq nazir məxfi sənədlərdən danışdı

“Azərbaycan “ərazi mübadiləsi” ilə bağlı müzakirədən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə edib...

AzPost bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ övlət Departamentinin açıqladığı 90-cı illərə aid Qarabağ danışıqları ilə bağlı məxfi sənədləri şərh edərkən bildirib. Açıqlanan sənədlərə görə, guya o zaman Dağlıq Qarabağla Ermənistanın ərazisinin müəyyən hissəsinin mübadiləsi planı müzakirə edilib.

Sabiq nazir qeyd edib ki, təəssüflər olsun ki, əvvəllər R.Köçəryanın kitabında olduğu kimi, indi də müəlliflərimizin fikirləri o sitatlara və bizim mövqeyimizdən deyil, sızan sənədlərin müəlliflərinə faydalı olan məqamlara əsaslanır. Bu və ya digər şərhdə ərazilərin “mübadiləsi” mövzusu ön plana çəkilir: “Həmin hadisələrin iştirakçısı kimi nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan tərəfi “mübadilə” mövzusunun müzakirəsindən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə edib və R.Köçəryanın 1998-ci ilin aprelində buna razılıq verib. Məhz bundan sonra münaqişə reallığa tam uyğun gələn təsnifat – dövlətlərarası ərazi münaqişəsi statusunu aldı”.

T.Zülfüqarov qeyd edib ki, sonradan bu müzakirə və danışıqlar əsas problemlərdən “Dağlıq Qarabağın statusu” və vasitəçi və erməni tərəfinin tətbiq etdiyi erməni separatizmi mövzusunu çıxarmağa imkan verdi. Məhz bizim üzərimizə qoyulan münaqişənin “ssenarisinin” dəyişdirilməsi prezident Heydər Əliyevin əsas məqsədi idi. Məhz bunun sayəsində bu gün mövqeyimiz imkan verir ki, “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə məhəlləsi”, “güzgü” və s. kimi mövzuları gündəmə gətirək”.

“Bu hekayənin sonuna əvvəlcə münaqişə tərəfi, sonra isə “ikinci erməni dövləti” etmək istəyən İrəvanın marionetləri ilə bağlı Bakıda keçirilən məhkəmə prosesi qoyulacaq”-deyə sabiq nazir bildirib.

Xatırladaq ki, həmin dövrdə Tofiq Zülfüqarov xarici işlər naziri olub.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay