Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Zeynalov kimdir?


PİA.AZ bildirir ki,editor.az “Xaricdəki elçilərimiz” rubrikasını davam etdirir


Bu dəfə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalovun həyat yolundan və fəaliyyətindən bəhs edəcəyik.

Həsən Zeynalov kimdir?

Gəcələyin diplomatı Həsən Zeynalov 1951-ci ilin ilk günündə, yanvar ayının 1-də Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, daha sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1967-69-cu illərdə Azərbaycan Dəmir Yolları 803 saylı Körpü Tikinti Qatarında fəhlə kimi çalışıb. 1970-1992-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində texnik, mühəndis, böyük mühəndis, Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifələrində işləyib. 1992-ci ildə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin fərmanı ilə Muxtar Respublikanın Bakı şəhərindəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub. 2004-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə ölkəmizin Qars şəhərində baş konsulu vəzifəsinə təyin edilib və 2010-cu ilədək həmin vəzifədə çalışıb. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Dövlət Qulluqçusu fəxri adına layiq görülüb. 2009-cu ildə Diplomatik Xidmətdə fərqlənməyə görə yubiley medalı ilə təltif olunub. 2010-cu il may ayının 3-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İstanbul şəhərində baş konsulu vəzifəsinə təyin edilib.

Heydər Əliyevin sadiq silahdaşı…

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıtması və Naxçıvan Ali Məclisinin sədri işlədiyi dövrlə bağlı xatirələrini bölüşərkən “O zaman yalnız sadiq dostları onu daha çox ziyarət edir və Ulu Öndərlə birlikdə ölkəmizin rifahı üçün mübarizə aparırdı” söyləmişdi.

Ölkə başçısının da qeyd etdiyi kimi, Həsən Zeynalov o məmurlardandır ki, Ulu Öndər Heydər Əliyev kimi böyük bir şəxsiyyət Naxçıvanla Bakı arasında körpü rolunu oynamağı ona etibar etmişdi. Hansı vəzifədə çalışmasından və hansı status daşımasından asılı olmayaraq, Həsən Zeynalov daim dövlətçilik ənənələrinə və Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirib.

Azərbaycanı İstanbulda ləyaqətlə təmsil edən səfir…

Azərbaycanla Türkiyə arasında münasibətlərin günü-gündən yüksəlməsində, iki qardaş ölkənin daha da yaxınlaşmasında Baş Konsul olaraq Həsən Zeynalovun xidmətləri böyükdür. O, Qarsda başladığı yolu bu gün İstanbulda da Baş Konsul olaraq ləyaqətlə davam etdirir. Məhz elə bu səbəbdən də cəmiyyətdə onu təkcə diplomat yox, həm də Azərbaycan həqiqətlərini dünyaya yayan uğurlu lobbiçi kimi qəbul edirlər.

Mətbuatın dostu Həsən Zeynalov…

Həsən Zeynalov həm də mətbuata açıq, ictimai rəylə hesablaşan diplomatlardandır. Onun istər Türkiyə, istərsə də Azərbaycan mətbuatı ilə uğurlu əməkdaşlığı, ölkəmizlə bağlı iki qardaş ölkə mediasında uğurlu təbliğat işi qurması da onun uğurlu fəaliyyətinin göstəricisidir. Məhz elə bu səbəbdəndir ki, Baş Konsul indiyə qədər dəfələrlə müxtəlif təşkilatlar tərəfindən “İlin diplomatı” mükafatı ilə təltif olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı yeni iddia

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat - Video

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

Ramazan bayramı ilə əlaqədar bu tarixlərdə iş olmayacaq

Ən çox oxunanalar