Cümə axşamı, 07 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi qulluqçunun şəhid olması faktı ilə bağlı cinayət işi açılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Poliqon.info xəbər verir ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Poliqon.info 


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

DİN-dən xəbərdarlıq: “Beş min manatadək cərimələnə bilərsiniz” - Foto

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - Yenilənib

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

İtaliya “Bir Kəmər-Bir Yol” layihəsindən çıxır

Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İzah

Ərdoğana görə sərt tədbirlər: Mitinqlər qadağan olundu, sneyperlər binalara yerləşdiriləcək

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” 

Ən çox oxunanalar