Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-ın yalnız 6 yüksək səviyyəli lideri İsrailə hücumdan xəbərdar olub

"Yalnız 6 yüksək vəzifəli HƏMAS lideri İsrailə genişmiqyaslı işğal planlarından xəbərdar olub".

Poliqon xəbət verir ki, bunu Livanda sürgündə olan HƏMAS rəhbərliyinin üzvü Əli Barakeh "Associated Press"ə bildirib.

"Yalnız bir neçə HƏMAS komandiri hücumun vaxtı haqqında bilirdi", deyən Barakeh hücumun Qəzzadakı onlarla yüksək səviyyəli HƏMAS komandiri tərəfindən təxminən bir ildir planlaşdırıldığını və hətta qrupun ən yaxın müttəfiqlərinin belə hadisələrlə bağlı əvvəlcədən məlumatlandırılmadığını bildirib.

O, həmçinin İran kəşfiyyat orqanlarının hücumun planlaşdırılmasına kömək etməsi ilə bağlı xəbərləri təkzib edib. Əli Barakeh İran və "Hizbullah" döyüşçülərinin keçmişdə HƏMAS-a yardım etdiyini etiraf edib, lakin bildirib ki, 2014-cü ildə Qəzza müharibəsindən bəri HƏMAS öz raketlərini istehsal edir və öz döyüşçülərini hazırlayır.

Barakeh həmçinin hücumun ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq səylərini pozmaq məqsədi daşıdığını inkar edir. Onun sözlərinə görə, bu hücum İsrailin ifrat sağçı hökumətinin son bir ildə həyata keçirdiyi bir sıra tədbirlərə cavabdır.

Eyni zamanda, Barakeh iddia edir ki, hətta HƏMAS-ın özü də işğalının miqyasından şoka düşüb, çünki onlar gözləyirdilər ki, İsrail böyük bir irəliləyiş əldə etmədən hücumu tez bir zamanda ala biləcək.

"Bu böyük çöküş bizi təəccübləndirdi. Biz müəyyən üstünlük əldə etməyi və mübadilə üçün əsir götürməyi planlaşdırırdıq", deyə Barakeh bildirib.

"Associated Press" qeyd edir ki, onun kiçik əməliyyatla bağlı sözlərini hücumda 1000-ə yaxın yaraqlının iştirak etməsi, dərhal qurudan, dənizdən və hətta motorlu paraplanlardan hücuma keçməsi təkzib edir.

Barake, HƏMAS-ın İsraillə uzunmüddətli müharibə aparmağa hazır olduğunu, təkcə Qəzzada 40 min döyüşçünün, eləcə də uzun müddət davam edəcək raket arsenalının olduğunu bildirib. O, həmçinin İran və "Hizbullah"ın "Qəzza fəth ediləcəyi təqdirdə döyüşə qatılacaqlarına" əmin olduğunu bildirib.

Poliqon.info


Etiket: HƏMAS İsrail


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar