Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sistem yenilənib

Vətəndaşlar proqrama müraciət etdikdə həkimin müəyyən etdiyi diaqnozları və tibb müəssisəsinin göstərdiyi xidmətləri görə biləcəklər...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub.

Agentliyin İT və innovasiya şöbəsinin müdiri Nicat Kərimov bildirib ki, proqrama yeniliklər əlavə edilib.

O söyləyib ki, əvvəlki versiyada tətbiq yalnız koronavirus infeksiyası ilə bağlı funksiyalardan ibarət idi: "Vətəndaşlar proqrama müraciət etdikdə həkimin müəyyən etdiyi diaqnozları və tibb müəssisəsinin göstərdiyi xidmətləri görə biləcəklər. Eyni zamanda vətəndaşlar tibb müəssisəsinə edilən müraciətləri proqram vasitəsilə qiymətləndirə də biləcəklər".

N.Kərimov deyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən həmin nəticələr əsasında tibb müəssisəsi və işçilər qiymətləndiriləcək: "Məqsəd elektron tibbi xidmətlərin əlçatanlığını təmin etmək və keyfiyyətin artırılmasıdır. Vətəndaş həmçinin laborator müayinələrin nəticələrini həmin proqramdan öyrənə biləcəklər".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar