Gürcüstanda 2014-cü ilin Ukrayna kütləvi etirazlarının analoqunun - nəticədə çevrilişə səbəb olan “Avromaydan”ın keçirilməsi planlaşdırılır...
Poliqon xəbər verir ki. TASS bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumat yayıb.
Xidmətin məlumatına görə, bu cür tədbirlərin təşkilinin arxasında bir qrup şəxs, xüsusən də Ukraynaya gedən Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Georgi Lordkipanidze dayanır.
“O, cari ilin oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır, məqsədi hökuməti zorla devirməkdir. Təsdiqlənmiş məlumata görə, təşkilatçılar ssenarinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirirlər. Bu, 2014-cü ildə Ukraynada baş vermiş "Avromaydan"a bənzər layihədir", deyə Gürcüstan DTX bildirib.
Xidmət əlavə edib ki, bu, təşkilatçıların düşündüyü yeganə ssenari deyil. Bildirilir ki, etirazların başlanması Avropa Komissiyasının Gürcüstan üçün Avropa İttifaqına namizəd statusu ilə bağlı qərarını dərc etməsi ilə eyni vaxta təsadüf edir.
Poliqon.info