Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyda sel və dolu 12 yaşayış məntəqəsinə ziyan vurub - Foto

“Goranboy rayonu ərazisində baş verən təbii fəlakət 12 yaşayış məntəqəsinə ziyan vurub”.

Bununla bağlı Oxu.Az-a deputat Anar Məmmədov məlumat verib.

O qeyd edib ki, aprelin 30-u rayonun bəzi kəndlərinə yağan güclü leysan yağışı və dolu nəticəsində çaylarda suyun səviyyəsi artıb:

“Ümumilikdə 3 436 təsərrüfatı əhatə edən 1 şəhər, 3 qəsəbə və 8 kəndə, o cümlədən, Börü və Gürzallar kəndlərinin yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərində bir neçə fərdi yaşayış evinə, iribuynuzlu mal-qaraya və əkin sahələrinə qismən ziyan dəyib. Nəticədə 25-ə yaxın fərdi yaşayış evinin dam örtüyünə və zirzəmisinə, 5 ədəd minik avtomobilinə, 35 hektar taxıl sahəsinə və 5 hektar nar bağına ziyan dəyib, 4 baş iribuynuzlu mal-qara və 200 baş ev quşu tələf olub. Bu, indiyə olan məlumatlardır, dəqiqləşdirilmələr davam etdirilir”.

Qeyd edək ki, aprelin 30-u Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən sel keçib.

Həmçinin, Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, Erkək-mənəş, Gürzalılar, Rusbarisi kəndlərinə, saat 15:38-15:51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15.13 radələrində 12 mm olan dolu düşüb.

Poliqon.info 


Etiket: Sel


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar