Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gömrük məmurların biznesini qorumaqla məşğuldur” - İddia

"Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının heç bir mənası yoxdur. Dünyada çox nadir ölkə var ki, Gömrük Komitəsi müstəqil qurumdur, onlardan biri də Rusiyadır. Ümumiyyətlə, bizim gömrük orqanlarının mahiyyəti, strukturu, hərbi rütbələri, fəlsəfəsi sanki Rusiyadan köçürülüb. Bundan imtina etmək zamanıdır, özünü doğrultmadı, doğrultmağı da mümkün deyil, çünki Şimal qonşumuz öz dövlət orqanlarını tarixən biznesi əzmək üzərinə inşa edib".

Bunu Reyting.az-a iqtisadçı Natiq Cəfərli deyib. Onun fikrincə, gömrük orqanlarının ayrıca istintaq qurumunun olması da absurddur: "Ona görə də, Gömrük Komitəsi ya İqtisadiyyat ya da Maliyyə Nazirliyinin nəzdində kiçik bir departament kimi fəaliyyət göstərməli, əsas işi daxili istehsalçını qorumaq üçün konsepsiya hazırlamaqdan, statistik göstəriciləri toplayıb təhlil etməkdən ibarət olmalıdır”.

İqtisadçının iddiasına görə, Gömrük Komitəsi iş adamlarına, biznesə mane olur və bu qurumun mahiyyəti yüksək vəzifəli məmurların biznesini qorumaqdır: “Komitəni nazirliklərdən birinə birləşdirmək azdır, həm də fəlsəfəsi dəyişdirilməlidir. Bu orqanlarda çalışanlar anlamalıdırlar ki, onların fəaliyyətinin əsas istiqaməti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil, ölkədə tuman-köynək istehsalına dəstək verməkdir".

Cəfərlinin fikrincə, nə qədər ki, yerli istehsal yoxdur, gömrük orqanları gözəgörünməz, ürəkbulandırmaz olmalıdırlar: "İstehsal sahələri yarandıldıqdan sonra daxili istehsalçını qorumaq üçün ağıllı tarif, rüsum siyasəti müəyyənləşməlidir. Yerli istehsal isə o zaman yaranacaq ki, ölkədə normal biznes mühiti, investisiyaların qorunması mexanizmləri və nəhayət, ədalətli məhkəmə sistemi olacaq".

Poliqon.info


Etiket: DGK məmur


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar