Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədən növbəti humanitar yardım karvanı Türkiyəyə yola salınıb

Fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə bir neçə şəhər və rayonlarda toplanan yardım Gəncə şəhərindən 11 TIR ilə yola salınıb...

"Report"un Qərb bürosunun məlumatına görə, yardım Şəki, Balakən, Göygöl, Zərdab, Ucar, Göyçay, Masallı, Şəmkir, Beyləqan, Tərtər, Ağdam, Yevlax, FüzuliLənkəran şəhərindən və bəzi idarə və müəssisələrdən gətirilib.

Qardaş ölkəyə yardım kampaniyasına Gəncə şəhər, SamuxGədəbəy rayon məktəbləri də qoşulub.

Toplamda 143 ton olan yardımlar xüsusi olaraq ayrılmış TIR-lara yüklənib.

Göndərilən ləvazimatlar isə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.

Yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatdırılması üçün dayanmadan hərəkət edəcək.

Qeyd edək ki, qardaş ölkəyə humanitar yardım davam etdirilir və növbəti günlərdə yardım karvanı yenidən yola salınacaq.

Poliqon.info


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar