Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə uçqun zamanı xəsarət alanların adları məlum olub - Yenilənib

Gəncədə söküntü işləri aparılan evdə baş verən uçqun zamanı xəsarət alanların adları məlum olub...

APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü T.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıblar.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Gəncə şəhərində ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki, ərazidə ev tikintisi zamanı uçqun baş verib.

Hadisə nəticəsində 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb.

Qeyd edək ki, ölən şəxsin usta olduğu bildirilir.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info


Etiket: Gəncə uçqun FHN


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay