Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB ermənipərəst senator Menendesin cinayət təhqiqatını davam etdirir

Federal Prokurorluq və Federal Təhqiqat Bürosu (FTB) artıq federal cinayət təhqiqatında olan və Nyu Cersidən olan senator - ermənipərəst Robert Menendes və onun milliyyətcə erməni olan həyat yoldaşı Nadin Arslanyanın halal ət istehsalı üzrə fəaliyyət göstərən və barəsində təhqiqat aparılan şirkətdən lüks avtomobil və Vaşinqtonda mənzil formasında rəsmiləşdirilməmiş hədiyyələr alıb-almadığını araşdırır.

“Report” “The New York Times”a istinadən xəbər verir ki, Menendeslə bağlı aparılan araşdırma hökumətin yuxarıda adı çəkilən ət şirkətinin ofislərində və onun prezidentinin evində aparılan axtarışla bağlıdır.

Axtarışlar Misir hökumətinin 2019-cu ildə ABŞ-ın “IS EG Halal” şirkətini dünyanın istənilən yerindən ölkəyə halal ət idxalının yeganə səlahiyyətli idxalçısı etmək qərarından sonra başlayıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib ki, bu addım Misirdəki 90 milyon müsəlman üçün ətin qiymətini qaldıra və bazar nizamını poza bilər.

Oktyabr ayında ilk çağırışlar açıqlanandan bəri, son vaxtlara qədər Menendeslə bağlı federal araşdırmanın irəliləyişinə dair çox az xarici əlamət var idi. İki həftə əvvəl eyni araşdırma çərçivəsində Manhetten prokurorluğu Nyu Cersi qanunvericilik orqanında “ilişib qalan” və Hudzon çayı boyunca tikinti layihələrinin hündürlüyünü məhdudlaşdıran qanun layihəsi ilə bağlı sənədləri yenidən araşdırmağa başlayıb. Çağırış vərəqəsində Menendes, onun həyat yoldaşı, eləcə də regionun ən məşhur daşınmaz əmlak sahiblərindən biri olan Fred Daybes haqqında hər cür məlumat istənilib.

Poliqon.info


Etiket: FTB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar