Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransadan dünyaya yayılan təhlükə: Problemin kökü nədir? - Araşdırma + Foto

Avropa ölkələrində irqi, dini ayrı-seçkilik qorxulu hal alır.

Bu vəziyyət xüsusilə İslam dünyasına qarşı olan millətçi siyasətçilər tərəfindən daha da alovlandırılır. Bu hal digər Avropa ölkələri ilə müqayisədə Fransada daha qabarıqdır. Son illər insan haqları, söz və ifadə azadlığı adı altında İslam dünyasına qarşı “səlib yürüşləri”nin şahidi oluruq. Müxtəlif media qurumlarında, qəzetlərdə, jurnallarda açıq şəkildə müsəlmanların hədəf alınması buna misaldır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Fransa KİV-lərində mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini ilə bağlı debatlar aparılır, nifrət artıran, irqçi ifadələrə tez-tez yol verilir. Fransa cəmiyyətində bu kimi islamofob meyllərin qarşısının alınmasında xüsusi rol almalı olan qanunvericilik orqanı olan Fransa Senatı da atdığı addımlarla müsəlmanlara yönəlik yeni “qanun” qəbul etməyə hazırlaşır.

Bütün bunlar onu göstərir ki, Fransa hələ də tarixi natamamlıqdan qurtula bilmir və imperiya siyasətini “demokratiya donu”nda davam etdirir.

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Avropa İttifaqı ölkələri sırasında ən çox müsəlmanın yaşadığı Fransa islamofobiyanın daha qabarıq təzahür etdiyi ölkədir:

“Özünü demokratik dəyərlərin və mədəniyyətin vətəni hesab edən bu ölkədə insan hüquqları ciddi şəkildə pozulur. Bu gün Fransada müsəlmanların öz dini ayinlərini yerinə yetirmələri üçün şərait yaradılmır. Hətta bir çox hallarda məhdudiyyətlər qoyulur. Təəssüflər olsun ki, islamofobiya Fransa prezidenti Makronun təfəkküründə, düşüncəsində özünə möhkəm yer tutub. Azərbaycana qarşı qərəzli yanaşmanın kökündə də Fransada geniş yayılmış islamofobiya dayanır.

Məhəmməd Peyğəmbərin (s.ə.s.) şəxsiyyəti Fransada dəfələrlə təhqir olunub, karikaturası çəkilib. Bu, İslam aləminə təhqirdir. Fransa isə bu hadisəni ölkədəki insan hüquqları, mətbuat azadlığı və digər amillərlə əsaslandırmağa çalışır. Fransanın bəzi mətbuat orqanlarında zaman-zaman Türkiyə ilə bağlı qərəzli yanaşmalarının da şahidi oluruq. Anti-türk, anti-müsəlman mövqeyi ilə seçilən “Charlie Hebdo” jurnalı qardaş ölkədə dağılan binaların, çevrilmiş avtomobillərin karikaturasını paylaşmışdı. Bu hərəkət insanlıqdan uzaq yanaşmadır. Fransanın bu yanaşması haqlı olaraq hiddət doğurdu”.

C.Məmmədovun sözlərinə görə, Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır:

“Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxu və ya tarixi inamsızlıqdan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır.

İslamofobiya dünyamız üçün böyük təhlükədir. İslam dininin, onun peyğəmbərinin, müqəddəs kitabımız “Qurani-Kərim”in təhqir olunması heç bir çərçivəyə sığmır”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, Fransanın islamofobiya ilə bağlı siyasətində əsas məqamları iki yüz il əvvəl də görə bilərik:

“Bu da Fransanın müstəmləkəçilik siyasətindən, imperiya olmasından irəli gəlir. Həmin siyasəti fransızlar bu və ya digər formada aparırdılar. Hətta onların müəyyən vaxtlarda belə bir ideyası var idi, onu “la mission civilisatrice” adlandırırdılar. Mahiyyəti odur ki, guya geridə qalmış xalqlara, tayfalara mədəniyyət gətirirlər. Onlar elə hesab edirlər ki, Afrikada, Asiyada müsəlman olan etnik qruplara “mədəniyyət” aşılamaq Fransanın missiyasıdır. Bu konteksdə biz islamafobiyanı görürük. Yəni Fransada islamofobiyanın tarixi, geosiyasi kökləri var”.

F.Şəfiyev qeyd edib ki, Fransanın islamofobiya siyasəti ilə bağlı fəsadları öz daxilinə də sirayət edib:

“Misal üçün, fransızlar bununla bağlı müəyyən qanunlar müzakirə edirlər. Guya, sekulyarizmi qorumaq istəyirlər. Halbuki bu ad altında məhz müsəlmanlara qarşı diskriminasiya qanunu qəbul etmək istəyirlər. Heç kimə sirr deyil ki, zaman-zaman Fransada müsəlman icmaları ilə problemlər də yaşanır. Bu qərəzli mövqe daxildə olduğu kimi, Fransanın xarici siyasətində də özünü göstərir. Qərəzli münasibətlə tək Azərbaycan deyil, digər ölkələr də qarşılaşır. Amma əsas hədəf Türkiyədir. Fransa məz bu kontekstdə Ermənistan-Azərbaycan münaqişəsinə də münasibət sərgiləyirdi”.

Poliqon.info


Etiket: Fransa Avropa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar