Fransa XİN rəhbərinin sözlərinə görə, Paris bunun üçün bütün Avropa mexanizmlərindən istifadə etmək niyyətindədir...
Fransa Avropa İttifaqı və Şimali Atlantika Alyansına gedən yolda Ukraynaya Avropa səviyyəsində dəstək vermək niyyətindədir.
Poliqon xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BMT Təhlükəsizlik Şurasının Ukrayna məsələsinə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
“Biz Ukraynanın Avropa İttifaqı və NATO-ya gedən yolunu təmin etmək üçün bütün Avropa mexanizmlərindən istifadə edəcəyik”, deyə Barro bildirib.
Qeyd edək ki, NATO-nun iyul ayında keçirilən sammitində bildirilib ki, müttəfiqlər razılığa gələndə və Kiyev bunun üçün tələb olunan şərtləri yerinə yetirdikdə, Ukraynaya Alyansa qoşulmaq üçün dəvət göndərəcəklər.
Sentyabrda ABŞ dövlət katibi Antoni Blinken deyib ki, NATO ölkələri Ukraynanın NATO-ya üzvlüyünün qaçılmaz olduğunu açıq şəkildə bildirirlər.
Poliqon.info