Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Foreign Affairs: İran sonsuz müharibə yoluna daxil olub...

İran ABŞ ilə razılaşma imkanlarını tam istisna etməsə də, uzunmüddətli qarşıdurmanı daha sərfəli hesab edir...

Poliqon xəbər verir ki, ABŞ-də yerləşən Texas A&M Universiteti nəzdindəki Buş Dövlət İdarəçiliyi və İctimai Xidmət Məktəbinin beynəlxalq münasibətlər üzrə dosenti Məhəmməd Ayətollahi Təbaar nüfuzlu Foreign Affairs nəşrində dərc olunan məqaləsində İranın yaxın illərdə diplomatik həll yolu deyil, idarə olunan və davamlı qarşıdurma strategiyasına üstünlük verdiyini yazıb.

Müəllifin fikrincə, Tehran və Vaşinqton yaxın aylarda müəyyən anlaşmaya gələ bilər. Hər iki tərəfin ali rəhbərliyinin genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlanmasında maraqlı görünmədiyi vurğulanır. Bununla belə, İranda bəzi yüksəkvəzifəli şəxslərin daha sərt mövqe tutduğu qeyd edilir.

Təhlildə bildirilir ki, mümkün razılaşma əldə olunsa belə, bu, İran və ABŞ arasında həqiqi sülh anlamına gəlməyəcək. Tərəflərin əsas mübahisəli məsələlər üzrə mövqelərinin ciddi şəkildə fərqlənməsi onların daha geniş geosiyasi qarşıdurma daxilində qalmasına səbəb olacaq. Müəllif hesab edir ki, gələcəkdə tərəflər siyasi ritorika, qarşılıqlı ittihamlar və hətta məhdud hərbi zərbələr vasitəsilə təzyiq siyasətini davam etdirə bilər.

Məqalədə vurğulanır ki, İranın diplomatiyaya skeptik yanaşmasının səbəblərindən biri əvvəlki razılaşmaların uğursuz nəticələridir. Tehran belə qənaətə gəlib ki, ABŞ ilə əldə edilən sazişlər uzunömürlü olmur və nəticədə İran gözlənilən dividendləri əldə edə bilmir.

Məhəmməd Ayətollahi Təbaar yazır ki, İran rəhbərliyi müharibə və gərginliyin ölkənin beynəlxalq təsir imkanlarını artırdığını düşünür. Təhlilə görə, ABŞ hərbi bazalarının yerləşdiyi ərəb dövlətlərinə qarşı təzyiq siyasəti yürütməklə Tehran Vaşinqtonla onun Fars körfəzi regionundakı tərəfdaşları arasında fikir ayrılıqları yaratmağa çalışıb. Müəllif hesab edir ki, bu ölkələr daha sabit və uzunmüddətli təhlükəsizlik arxitekturasında maraqlı olduqları üçün gərginliyin idarə olunması istiqamətində ABŞ-yə əlavə təzyiq göstərirlər.

Bundan başqa, məqalədə qeyd olunur ki, İranın Hörmüz boğazı üzərində təsir imkanlarından istifadə etməsi beynəlxalq ticarət və enerji marşrutlarına təsir göstərmək baxımından Tehrana əlavə geosiyasi alət qazandırıb. Müəllifə görə, boğazın bağlanması və ya belə təhlükənin gündəmə gətirilməsi bir sıra dövlətləri İranla birbaşa danışıqlara sövq edib və Tehranın regional çəkisini nümayiş etdirib.

Təhlildə yekun olaraq bildirilir ki, İranın strategiyası yalnız rejimin sağ qalmasına hesablanmayıb. Tehran ABŞ-ni zamanla zəiflətməkdən daha çox, Vaşinqtonun və onun müttəfiqlərinin İrana münasibətini köklü şəkildə dəyişdirməyə çalışır. İran özünü formalaşmaqda olan çoxqütblü dünya nizamının mühüm güc mərkəzlərindən biri kimi görür və hesab edir ki, nəzarət olunan qarşıdurma bu məqsədə çatmaq üçün mühüm vasitəyə çevrilə bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay