Slovakiya baş naziri Kiyevə ayrılan vəsaitlərin Aİ-nin gələcəyini təhlükəyə atdığını bildirib...
Poliqon xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso Ukraynanı Avropa İttifaqının pullarını və gələcəyini “udan qara dəlik” adlandırıb. O, bu barədə “Facebook” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Ukrayna milyardlarla avronun, rasional iqtisadi düşüncənin və Avropa İttifaqının dayanıqlı gələcəyinin itirildiyi qara dəlikdir”, – deyə Robert Fitso vurğulayıb.
Qeyd edək ki, dekabrın 12-də Fitso Slovakiyanın qarşıdakı Avropa Şurası iclasında Kiyevə verilməsi nəzərdə tutulan “reparasiya krediti”nin qarşısını alacağını bəyan edib. Onun sözlərinə görə, Bratislava müharibənin maliyyələşdirilməsi üçün Avropa vəsaitlərinin ayrılmasını dəstəkləməyəcək, çünki Slovakiya sülh yönümlü siyasətə sadiqdir.
Xatırladaq ki, dekabrın 10-da The New York Times qəzeti Avropa İttifaqının Ukraynadakı münaqişənin başa çatdırılması ilə bağlı aydın strategiyasının olmadığını yazmışdı. Nəşrin müəllifləri bildiriblər ki, birlik ölkələrinin Ukraynanın gələcəyi ilə bağlı əsas suallara cavabı yoxdur. Bundan əlavə, Avropa liderləri büdcə kəsiri və Ukraynaya davamlı dəstək fonunda ictimai rəydə artan narazılıq kimi ciddi problemlərlə də üzləşirlər.
Poliqon.info