Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya prezidenti: Liberal dünya nizamı süqut edir...

Stubb: Yeni çoxqütblü rəqabət qaydaları inkişaf etməkdə olan ölkələr müəyyənləşdirir…

Poliqon xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubb qlobal siyasətdə II Dünya müharibəsindən sonra formalaşmış liberal, qaydalara əsaslanan dünya nizamının süqut etdiyini bildirib.

Stubb bu fikirləri Foreign Affairs jurnalında dərc olunan məqaləsində səsləndirib. O yazıb ki, dünya hazırda “yeni xaos dövrünə” qədəm qoyub və uzun illər beynəlxalq münasibətlərə əsas vermiş liberal sistem artıq tənəzzül mərhələsindədir. Onun sözlərinə görə, indi çoxqütblü rəqabət şəraitində qaydaların müəyyənləşdirilməsində əsas söz sahibi inkişaf etməkdə olan ölkələr olur.

Finlandiya lideri qeyd edib ki, hazırkı qlobal sistemdə “oportunist sövdələşmələr” beynəlxalq qaydaların qorunmasından daha böyük rol oynamağa başlayıb. Stubb həmçinin “qlobal Qərb, qlobal Şərq və qlobal Cənub” arasında yeni geosiyasi üçbucaq mübarizəsinin formalaşdığını vurğulayıb.

Prezidentin fikrincə, dünyada yaranan bu yeni düzənin konturları qarşıdakı 5–10 il ərzində müəyyən olunacaq və gələcək onilliklər üçün beynəlxalq münasibətlərin strukturunu formalaşdıracaq.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay