Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Hal-hazırkı dünya nizamsızlığının 10-15 il davam etməsi gözlənilir”… - Müsahibə

“Ermənistan sülh sazişindən boyun qaçırmaq istəyir, amma hal-hazırkı vəziyyət elə bir dönəmə qədəm qoyub ki, sülhdən qaçmaq daha da çətinləşib”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov son dövlər həm ölkəmizdə, həm də dünyada baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edim.

Fərhad Məmmədov: “Həm Ermənistan-Azərbaycan arasında, həm də digər regional ölkələr arasında müharibə ehtimalı yüksəkdir”.

Poliqon siyasi-şərhçi Fərhad Məmmədov ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Fərhad bəy, Azərbaycanın Ermənistanla münasibətlər son zamanlar daha da kəskinləşməkdədir. Azərbaycanın sülh təklifini faktiki olaraq qəbul etməyən İrəvan Rusiya sülhməramlıları ilə əlbir şəkildə hər yolla Qarabağdakı separatçıları silahlandırmağa çalışır. Hazırda Cənubi Qafqazdakı geosiyasi və hərbi balansı necə dəyərləndirərdiz?

- Ermənistan sülh sazişindən boyun qaçırmaq istəyir, amma hal-hazırkı vəziyyət elə bir dönəmə qədəm qoyub ki, sülhdən qaçmaq daha da çətinləşib. Yəni, əvvəl Ermənistan Qarabağ məsələsini sülh sazişinə salmaq istəyirdilər. Azərbaycan da indi Qarabağ ermənilərinə dialoq təklif edir. Eyni zamanda da Azərbaycan Laçın yolunda olan kənar yolları nəzarətinə götürməklə Ermənistanın bu istiqamətdə subyektivliyini aşağı saldı. Yəni, Qarabağda artıq az şey Ermənistandan asılıdır. Bu da bir tərəfdən Paşinyan hakimiyyətinə sülh sazişinə daha rahat şəkildə getməyə şərait yaradır.

Regional balansa gəlincə isə onu demək olar ki, balans 2020-ci ildən sonra pozulub. Bu balans da hələ də formalaşmaqdadır. Çünki nə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanıb, nə də Ermənistan-Türkiyə razılaşması baş verib. Bu hər iki prosesə qarşı, əsasən də Türkiyə-Ermənistan münasibətlərinin formalaşmasına qarşı olan dövlətlər Rusiyaİrandır. Belə olan şəraitdə əlbəttə ki, regionda balans pozulub. Amma yeni balansın formalaşmaması dönəmini yaşayırıq.

- Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı görürsünüzü? Ən əsası sizin fikrinizcə, yeni müharibə olarsa, Qərb və Rusiya necə davrana bilər? Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsinə ehtimal verirsinizmi?

- Düşünürəm ki, iki il ərzində müharibə ehtimalları çoxdur. Həm Ermənistan-Azərbaycan arasında, həm də digər regional ölkələr arasında müharibə ehtimalı yüksəkdir. Əgər Azərbaycanla Ermənistan arasında yeni müharibə olacaqsa, Rusiya yenə də öz bitərəfliyini qoruyacaq. Yəni, ikinci Qarabağ müharibəsində olduğu kimi Ermənistana açıq şəkildə dəstək verməyəcək.

Fərhad Məmmədov: “Türkiyə-Ermənistan münasibətlərinin formalaşmasına qarşı olan dövlətlər Rusiyaİrandır”.

Qərbin bəzi dövlətləri isə yenə Ermənistanı dəstəkləyəcəklər. Necə ki, ikinci Qarabağ müharibəsində dəstəklədilər, indi də elə olacaq.

-Hazırda dünyada əsas gündəm məsələlərdən biri Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında çıxardığı həbs orderidir. BCM tərəfindən Putinin faktiki olaraq hərbi cinayətkar elan olunmasını necə dəyərləndirirsiz? Sizcə bu məhkəmə qərarı Putinin və Rusiyanın gələcəyinə necə təsir edəcək? BCM-nin qərarı Putinin və Rusiyanın siyasi-iqtisadi təcridini nə qədər böyüdə bilər?

- Putinlə bağlı məhkəmənin qərarı o deməkdir ki, Rusiyaya qarşı olan Qərb siyasətində persanikasiya baş verir. Yəni Putinin şəxsiyyəti artıq əsas hədəfə çevrilib. Belə bir addım Rusiyaya qarşı əvvələr də olub. Yəni Rusiya elitalarını parçalamaq üçün belə addımlar atılıb. Lakin Rusiya siyasi elitası hələ ki, Putinin ətrafında birləşiblər və Kreml rəhbəri onları idarə edə bilir.

Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında qərarı daha çox Rusiya prezidentinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib. Həmçinin daxildə elitanın Putinə qarşı çıxmasına yönəlib. Bu qərar Putinlə hər hansısa bir razılığa gəlinməsi istiqamətində mümkünsüzlüyünün irəli çəkilməsidir. Yəni hərbi cinayətkar elan olunan və haqqında həbs qəti imkanı çıxarılan Putinlə danışıqlar aparmaq Qərb cəbhəsində artıq mümkün deyil. Çünki o, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbs edilməlidir.

Fərhad Məmmədov: “Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında qərarı Putinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib”.

- 2002-ci ildə ABŞ-da hərbiçilərin müdafiəsi haqqında qanun qəbul edilib. Bu qanuna görə heç bir amerikalı hərbiçi, siyasətçi və yaxud məmur, ümumiyyətlə heç bir ABŞ vətəndaşı BCM-nin orderi əsasında həbs edilə bilməz. Belə çıxır ki, vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq hər bir amerikalı törətdiyi hərbi və beynəlxalq cinayət məsuliyyətindən azaddır. Vaşinqtonun beynəlxalq qaydalara qarşı bu mövqeyini necə dəyərləndirədiz? Bu mövqe ABŞ-ın özünü istisnasız beynəlxalq aləm üzərində hegomoniyaya can atması anlamına gəlmirmi?

ABŞ-da bu statusu ratifikasiya edilməyib. O vaxtı elə dəyərləndirilirdi ki, ABŞ təkqütblü dünyada özünü və hərbiçilərini hər hansısa bir məhdudiyyət qoymadan dünyanın bütün ölkələrində hansısa hərbi cinayətlər baş verəndə Beynəlxalq Məhkəmədən qorumaqdır. Yəni, ABŞ hərbiçilərinə cəza veriləcəksə,ABŞ özü cəza verməlidir. Bu təkqütblü dünyada bəlkə də ABŞ-ın öz addımlarını hətta, Beynəlxalq Məhkəmələr qarşısında sorğulamamaq kimi bir məqsəd idi. Bu da beynəlxalq münasibətlərin nə dərəcədə mükəmməl olmamasının göstəricisidir.

- Bayram günlərinin əsas hadisələrindən biri də Çin lideri Si Tsinpinin Moskvaya səfəri oldu. Özü-özlüyündə bu səfəri necə dəyərləndirərdiz? Sizcə bu səfər dünyada yaxın gələcəkdə ikinci qütbün yaranması üçün təməl yaratdımı? Ümumiyyətlə Qərbə qarşı Çin-Rusiya ittifaqını mümkün hesab edirsiniz?

- Çin liderinin Rusiyaya səfəri əlamətdar oldu. O mənada ki, onsuz da Çinin beynəlxalq münasibətlərdə rolu böyük idi. Amma Çin beynəlxalq münasibətlərdə o qədər də təkliflərlə irəli çıxmırdı. İndi isə Çin İranSəudiyyə Ərəbistanını barəçdıra bilib. Beynəlxalq siyasətdə bu çox ciddi addımdır və Çinin artan nüfuzundan xəbər verir. Hazırda Pekin Ukrayna-Rusiya qarşıdurmasında da təkliflərlə çıxış edir. Bütün bu addımlar onu göztərir ki, Çin Rusiyanın zəifləməsindən istifadə edərək, Moskvanın ənənəvi olaraq fəal olduğu regionlarda öz təşəbbüsləri ilə çıxış edir.

Fərhad Məmmədov: “Qarşıdakı iki-üç il çox əhəmiyyətlidir və yaxın beş ildə biz yeni dünya nizamının təməlinin atılmasını görəcəyik”.

Artıq Çin də anlayır ki, Rusiya-Ukrayna müharibəsinin sonu eyni zamanda yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasına gətirib çıxaracaq. Hansı ölkələr ki, bu münaqişənin həllində rol oynayırsa, həmin ölkələr də yeni sistemdə əsas rollarda çıxış edəcəklər. Buna görə də Çin Rusiya-Ukrayna müharibəsində öz təkliflərini irəli sürür. Beləliklə də, Çin qlobal gələcək dünya nizamının formalaşdırılması istiqamətində aparılan danışlarda da tam hüquqlu və güclü tərəf kimi iştirak etmək istəyir.

- Fərhad bəy, bilirik ki, Ukraynadakı müharibə əslində yeni dünya düzənini formalaşdıracaq bir geosiyasi prosesdir. Qarşıdan gələn 5-30 illik zaman kəsiyində dünyanı necə təsəvvür edirsiniz? Sizcə beynəlxalq qaydalar necə və hansı istiqamatə dəyişə bilər? Sizcə gələcəyin dünya nizamında liberalizm və avtoritarizm bir-birinə uyum saxlaya biləcəkmi? Sizcə hansı cərəyan yeni dünya qaydalarının formalaşmasında əsas rol oynayacaq?

- Əsasən qısa, orta və uzun vadəli planlardan söhbət gedir. Adətən dünya nizamları dünya müharibələrindən sonra formalaşırdı. Birincisi dünya müharibəsindən sonra bu nizam təxminən 20 il davam etdi və öz səmərəsizliyini nümayiş etdirdi. İkinci dünya müharibəsindən sonra isə bu nizam təxminən 60-70 il davam etdi.

Amma iki dünya müharibəsinin nəticəsi ondan ibarətdir ki, müharibə edən iki koalisiyalardan biri məğlub olurdu. Bu məğlubiyyət fiziki olaraq baş verirdi. Qalib gələn tərəf də uduzan tərəfin paytaxtında öz bayrağını sancırdı. Beləliklə də, fiziki olaraq o ölkələri işğal edirdi.

İndiki vəziyyət və nüvə silahının olması tərəflərin fiziki olaraq bir-birlərinin ərazisinə belə girməyi mümkünsüz edir. Belə olan halda, hal-hazırkı nizamsızlıq və nizamsızlığın orta vadədə, yəni 10-15 il davam etməsi proqnozlaşdırılır və buna hamı tam əmindir. Çünki Rusiya Ukraynada nə qədər özünü zəif göstərsə də, İqtisadiyyatı hələ də müqavimət göstərir. Rusiyanın dünyada böyük partnyorları var. Bunlar İran, Çin, Hindistandır. Eyni zamanda Rusiya 100-ə yaxın ölkələrlə ticarət münasibətlərini kəsməyib. Bu ölkələr sırasında Azərbaycan və Türkiyə də var.

Fərhad Məmmədov: “BMT-nin gələcəyi üçün ya onun islahat keçirməklə qərar qəbul etməs sistemi formalaşmalıdır, ya da dünya müharibəsi nəticəsində bu təşkilat ləğv edilməli və yeni təşkilat formalaşmalıdır”.

Yəni, bu nizamsızlıq hələ davam edəcək və belə görünür ki, Rusiya Ukraynada məğlub olsa belə, yaxın zamanda Qərbə təslim olmayacaq. Ona görə də bu mübarizənin uzunmüddətli ola biləcəyini də demək olar. Hər şey Rusiyanın müttəfiqlərinin Moskva ilə nə qədər səmimi olmasından və Rusiyanın öz resurslarını necə səfərbər etməsindən asılı olacaq.

Hazırda Ukraynadakı müharibə elə bir səviyyədədəir ki, münaqişə tərəflərdən biri o biri dövlətin ərazisinə daxil olub, paytaxtında bayraq sancmaq imkanı yoxdur. Əlbəttə, “Soyuq müharibə” nəticəsində Qərb qalib gəldi. SSRİ dağıldı. Burada da bu baş verə bilər. Münaqişə tərəflərindən biri Qərbvə yaxud Rusiya parçalana bilər. Həmçinin o dövlətlərdə çevriliş baş verə bilər. Rusiyada Qorbaçov, Yeltsin kimi insanlar hakimiyyətə gələ bilər ki, onlar tamamilə Qərbin təqdim etdiyi formularla ölkəni idarə edə bilərlər. Amma proses də bunun qısa müddətdə belə olacağı görünmür. Buna baxmayaraq deyə bilərəm ki, qarşıdakı iki-üç il çox əhəmiyyətlidir və yaxın beş ildə biz yeni dünya nizamının təməlinin atılmasını görəcəyik.

Buna görə də demək olar ki, qısa müddətli münaqişə və müharibələr davam edəcək. Amma orta vadədə, 5-10 il ərzində bu nizamsızlıq davam edəcək.

- BMT-nin gələcəyi barədə nə deyə bilərsiz? Sizcə hazırda ancaq 5-lərin maraqlarını təmin edən BMTyeni dünya düzənində kiçiklər və gücsüzlər üçün ədaləti təmin edə biləcəkmi?

- Artıq neçə illərdir ki, BMT böhran yaşayır. BMT-nin gələcəyi üçün ya onun islahat keçirməklə yeni qərar qəbul etməs sistemi formalaşmalıdır, ya da dünya müharibəsi nəticəsində bu təşkilat ləğv edilməli və yeni təşkilat formalaşmalıdır. Daha real görünür ki, nəhayət BCM-də islahatlar baş verməlidir. Çünki BMT artıq sülh və təhlükəsizlik baxımından dünyaya olan çağırışlara cavab vermir və potensialı da tükənməkdədir.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar