Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafanın güllələnməsində İran izi... - SEPAH təkcə təhdid etmir...

Azərbaycan cəmiyyətinin böyük hissəsi hesab edir ki, Fazil Mustafa cinayətinin arxasında rəsmi Tehran dayanır...

Politoloq: “Hadisədən qısa zaman sonra, İran informasiya kanallarının birində hələ Azərbaycanda hadisənin təfərrüatları barədə məlumat olmadığı halda Fazil bəyin öldürüldüyü, hətta onun şiə əlehdarı olması kimi fikir bildirilməsinin özü hadisənin kimlərin sifarişi olduğunu açıq göstərir”.

“Bu, İranın Azərbaycanın İsraildə səfirlik açmasına reaksiyası idi və öncədən bu hazırlanmışdı. Çünki səfirliyin açılacağına dair xəbərlər uzun müddət öncə məlum idi”.

Bu sözləri politoloq Azər Qasımov millət vəkili Fazil Mustafanın güllələnməsində İran izini Poliqon.info-a şərh edərkən qeyd edib.

Milli Məclisin deputatı Fazil Mustafanın naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücuma məruz qalması ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib. İstintaq-əməliyyat tədbirlərinin davam etməsinə rəğmən cəmiyyətdə bu terror aktı ilə bağlı müəyyən mülahizələr mövcuddur. İctimai diqqət yenidən İrana yönəlib. Azərbaycan cəmiyyətinin böyük hissəsi, xüsusilə aktiv sosial şəbəkə iştirakçıları hesab edirlər ki, bu cinayətin arxasında rəsmi Tehran dayanır.

Bəs bu terror vasitəsi ilə verilən mesaj nə idi və SEPAH Azərbaycanda pozuculuq işlərini, terror aktları həyata keçirmək üçün resursa sahibdirmi?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Əslində xəbər yayılan anda əksəriyyət bunun İranın işi olduğunu qeyd edirdi, çünki belə fikrə gəlmək üçün istintaqçı olmağa ehtiyac yox idi”.

İran rejimi və İran şiəliyinə qarşı Azərbaycanda mənfi fikir bildirən çox adamların var olduğunu xatırladan politoloq Fazil Mustafanın bu məsələdə seçildiyini qeyd edib:

“Millət vəkili Fazil Mustafaya qarşı törədilən silahlı hücum birmənalı olaraq terror hadisəsidir. Hadisədən qısa zaman sonra, İran informasiya kanallarının birində hələ Azərbaycanda hadisənin təfərrüatları barədə məlumat olmadığı halda Fazil bəyin öldürüldüyü, hətta onun şiə əlehdarı olması kimi fikir bildirilməsinin özü hadisənin kimlərin sifarişi olduğunu açıq göstərir. Əslində xəbər yayılan anda əksəriyyət bunun İranın işi olduğunu qeyd edirdi, çünki belə fikrə gəlmək üçün istintaqçı olmağa ehtiyac yox idi.

Hesab edirəm ki, bu, İranın Azərbaycanın İsraildə səfirlik açmasına reaksiyası idi və öncədən bu hazırlanmışdı. Çünki səfirliyin açılacağına dair xəbərlər uzun müddət öncə məlum idi. Burda bir məqam maraqlıdır, o da niyə Fazil Mustafanın hədəf seçilməklə mesaj verilməsidir. Fikrimcə, terroru sifariş edən İrandan hər kimsə hədəfin seçilməsini burdakı azərbaycanlı agentlərinin öhdəsinə buraxıblar.

Azər Qasımov: “Terror aktını törədənlərin cəzasının verilməsi artıq Azərbaycan dövlətinin şərəf məsələsidir”.

Məsələ ondadır ki, İran rejimi və İran şiəliyinə qarşı Azərbaycanda mənfi fikir bildirən çox adam var, amma Fazil Mustafa seçilib. Daxildəki terror şəbəkəsi Respublika daxilində görünən odur ki, ən çox nifrət etdiyi insanı seçib, yoxsa İran tərəfinə qalsa, Fazil bəydən də qatı anti İran mövqeli birini seçərdi.

Xoşbəxtlikdən Fazil bəyə ciddi zərər dəyməyib və onun həyatı təhlükədən qurtulub. Ona tezliklə sağlamlığına qovuşmasını arzu edirik. Terror aktını törədənlərin cəzasının verilməsi isə artıq Azərbaycan dövlətinin şərəf məsələsidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar