Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estoniya, Latviya, Litva və Polşa prezidentləri Zelenski ilə görüşüblər - Yenilənib

Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Estoniya Prezidenti Alar Karis və Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Kiyevdə Vladimir Zelenski ilə görüşüblər.

APA xəbər verir ki, bu barədə Polşa Prezident Ofisi məlumat yayıb.

Qeyd edək ki, Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Estoniya Prezidenti Alar Karis və Polşa Prezidenti Andjey Duda bu gün Kiyevə səfər ediblər.

***

Avropa İttifaqının dörd ölkəsinin prezidentləri bu gün Ukraynanın paytaxtına səfər edəcəklər.

Polşa Prezidenti Andjey Dudanın ofisindən bildirilib ki, Litvanın başçısı Gitanas Nauseda, Latviya Prezidenti Egils Levits və Estoniya lideri Alar Karis onunla birlikdə Kiyevə gedir.

Bildirilir ki, Kiyevdə bu dövlətlərin başçıları Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəklər.

“Son səfərimdən sonra Rusiya ilə müharibədən çox əziyyət çəkən Kiyevə gedən yolda”, - deyə Estoniya Prezidenti səfərini şərh edib.

“Güclü siyasi dəstək mesajı və hərbi yardımla Kiyevə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz qalib gələnə qədər!” - deyə Litva lideri yazıb.

Xatırladaq ki, müharibə başlayandan bəri bir sıra xarici liderlər və siyasətçilər artıq Ukraynanın paytaxtına səfər ediblər, bir çox səfirliklər Kiyevdə öz işini bərpa ediblər. Ən əlamətdar səfərlərdən biri də Böyük Britaniyanın Baş naziri Boris Consonun səfəri olub.

Bütün səfərlər dəmiryolu ilə həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Ən çox oxunanalar