Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın hərbi cinayətləri ifşa olunur

Prezident İlham Əliyev: “Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır”

Qarabağın azadlığı Prezident İlham Əliyevin bütün dövrlərdə dövlət siyasətinin prioriteti olub. Cənab Prezidentin bu istiqamətdə apardığı danışıqların, atdığı addımların nəticəsi olaraq müzəffər ordumuz 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi, Azərbaycan tarixi Zəfər qazandı. Doğma Azərbaycan torpaqları, Qarabağımız işğaldan azad olundu.

2020-ci ilin 10 noyabr tarixli Bəyanatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Lakin Ermənistan 10 noyabr tarixli Bəyanatda qeyd edilən müddəaları hələ də reallaşdırmaqdan yayınır. Prezident İlham Əliyev 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında bu məsələyə də toxunub: “Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır”.

Vətən müharibəsindən sonra Ermənistanın vandallıq əməlləri daha da açıq-aydın göründü. Baxmayaraq ki, Ermənistan 30 il idi ki, insanlığa sığmayan bu əməllərini gizlədirdi. Lakin Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə Ermənistanı yenidən ifşa etdi. Cənab Prezident Ankara sammintində bir daha qeyd etdi ki, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır: “Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub”. Bu gün dünya Ermənistanın bu şovinist, vandal simasını da görür. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan rəsmiləri, eləcə də vətəndaş cəmiyyəti Ermənistanın Qarabağda törətdiyi vandallığı beynəlxalq aləmə bəyan edilər. Ayrıca Qarabağda təşkil olunan tədbirlərdə iştirak etmək üçün ölkəmizə təşrif buyuran rəsmi qonaqlar əyani şəkildə öz gözləri ilə erməni vandalizmini görürlər.

Ermənistan ordusunun daha bir cinayəti azərbaycanlı əsirlərə qarşı qeyri-insani davranışıdır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə bu haqda da danışaraq deyib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür: “Onların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır”. Ermənistan tərəfindən əsirlikdə qalan soydaşlarımıza olmazın əzəb-əziyyəti verilib. Bunu əsirlikdən qayıdan azərbaycanlıların danışıqlarından və ya onların bədənlərində olan yaralardan görmək olur. Ermənistan insan orqanı ticarətində dünyada ən aparıcı yedə dayanır. Ermənistandakı əsir həmvətənlərimizin ölüdürülərək bədən üzvlərinin çıxarılıb satılması ilə bağlı Azərbaycan tərəfindən yüzlərlə fakt toplanıb.
Bu gün Azərbaycan tərəfindən işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi istiqamətində də ciddi iş aparılır. Bu da Ermənistan tərəfindən torpaqlarımızda işğalda olarkən törədilən növbəti bir hərbi cinayətdir. Dövlətimizin başçısının sammitdəki çıxışında dediyi kimi Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. “İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır”,-deyə Prezident mina qurbanı olan soydaşlarımızın statistikasını xatırladıb.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistanın dağıtdığı, ölü zonaya çevirdiyi bu ərazilərə yenidən həyat verir. Bu yerlərin sakinləri mərəhələ-mərhələ öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Artıq Böyük Qaydış prosesinə başlanılıb.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Poliqon.info 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar