Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda seçki sorğusu

Ermənistanda növbədənkənar parlament seçkisi razılaşdırılıb. İlkin tarix iyunun 30-u göstərilir. Novator.az bildirir ki, rəsmiləşmə üçün aprel ayında baş nazir Nikol Paşinyan istefa verməli, iki həftə ərzində qanunverici orqan buraxılmalıdır.

Əksəriyyəti Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” blokunun 132 nəfərlik Ermənistan parlamentində 83, Çiçəklənən Ermənistan Partiyasının 23, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var. 9 deputat fraksiyasızdır.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazirdir.

Armeniasputnik.am saytı “Parlament seçkisində kimə səs verəcəksiniz” sualı ilə internet sorğusu keçirir. Martın 30-na olan nəticələrə görə, sorğuya qatılanların 28,1%-i Nikol Paşinyan və onun komandasına səs vermək niyyətindədir.

Sabiq prezident Robert Köçəryan və onun komandası 33,1%-lə öndə görünür.

Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 9,4%-dən dəstək alır.

Sorğuda iştirak edənlərin 5,6%-i keçmiş baş nazir Karen Karapetyanı, 2,9%-i radikal Sasun Dəliləri Hərəkatını, 2,5%-i Daşnaksütun Partiyasını, 1,6%-i Artak Tovmasyanın Üçüncü Qüvvə Partiyasını, 1,3%-i Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyasını, 1,2%-i Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyasını, 0,8%-i sabiq prezident Serj Sərkisyanın Ermənistan Respublika Partiyasını seçir.

Respondentlərin 4%-i başqa qüvvələrə üstünlük verir, 9,5%-i isə heç kimə etimad göstərmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar