Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Paşinyana qarşı terror, ya da çevriliş baş verə bilərmi?

Sanki İrəvanda Paşinyana qarşı nəsə ciddi bir şeylər hazırlanır və Rusiyada bu prosesin bir hissəsi kimi görünür...

Siyasi-şərhçi: “Paşinyan Vaşinqton variantını seçərsə, ona qarşı terror və yaxud çevriliş cəhdi heçdə istisna deyil”.

“Mayın 25-də isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada Paşinyan-Əliyev üçtərəfli görüşü keçiriləcək. Bütün bunlar bir daha Rusiyanın əlində olan imkanlardan istifadə edərək bu prosesi uzatmaq və yaxud dondurmaq istəyini göstərir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İrəvanda Paşinyana qarşı hazırlana biləəcək ciddi planları Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması üçün müvafiq işlər görülür. Xüsusən son görüşlər fonunda regionun böyük sülhə yaxınlaşıldığını demək olar. Ermənistan Baş naziri Nikol Paşinyan da 30 ildə heç bir erməni liderin vermədiyi bəyanatları verir. Ermənistanda birmənalı iddia olunur ki, Paşinyan Qarabağ məsələsində Azərbaycanla razılaşıb. Bununla yanaşı Ermənistanda və Qarabağ erməniləri arasında gedən proseslərdən və gələn məlumatlardan hiss olunur ki, İrəvanda Paşinyana qarşı nəsə ciddi bir şeylər hazırlanır və Rusiyada bu prosesin bir hissəsi kimi görünür.

Paşinyana qarşı terror, ya da çevriliş baş verməsinə ehtimal vermək olar və belə bir hadisə Azərbaycan-Ermənistan, Azərbaycan-Rusiya münasibətlərinə, ümumilikdə isə Cənubi Qafqazda gedən proseslərə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Rusiya Ermənistan ilə danışdığı dildə bizimlə danışa bilməz və bizə diktə edə bilməz”.

Dünyadan tədric olunmuş Rusiyanın artıq itirəcək böyük şeyi olmadığını xatırladaq ekspert Poliqon-a açıqlamasında bu baxımdan 25 may görüşünü çox önəmli hesab etdiyini vurğulayıb:

“Bildiyiniz kimi, Rusiya Qərbin təşkilatçılığı ilə keçirilən istənilən prosesə mane olmaq üçün əlindən gələni etmək istəyir. Bundan öncədə Aİ vasitəçiliyi ilə keçirilən üç tərəfli görüşlərdən sonra mütləq növbəti görüş Rusiyada keçirilirdi. Görünən odur ki, yenə də bu proses davam etdirilir .

Bu gün artıq Moskvada Lavrovla Azərbaycan və Ermənistam XİN -lərin görüşləri keçirilir. Mayın 25-də isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada Paşinyan-Əliyev üçtərəfli görüşü keçiriləcək. Bütün bunlar bir daha Rusiyanın əlində olan imkanlardan istifadə edərək bu prosesi uzatmaq və yaxud dondurmaq istəyini göstərir .

Yadınızdadırsa, Brüsel görüşlərinin birindən sonra Putin ayrıca çıxış edərək ilk dəfə sülh müqaviləsinin Vaşinqton variantından bəhs etdi. Həmən çıxışdan sonra əvvəlcə Xankəndidə, daha sonra İrəvanda müxalifət tərəfindən mitinq təyin olundu. Daha sonra isə Paşinyan Soçiyə gedərək Putinin dedikləri ilə razılaşdı.

Kamran Məmmədli: “Xankəndidə, daha sonra İrəvanda müxalifət tərəfindən mitinq təyin olundu. Daha sonra isə Paşinyan Soçiyə gedərək Putinin dedikləri ilə razılaşdı”.

Bütün bu prosesləri analiz edərək çox asanlıqla onu görə bilərik ki, Paşinyan Vaşinqton variantını seçərsə, ona qarşı terror və yaxud çevriliş cəhdi heç də istisna deyil. Dünyadan tədric olunmuş Rusiyanın artıq itirəcək böyük şeyi yoxdur. Bu baxımdan 25 may görüşünü çox önəmli hesab edirəm.

Bizim isə bu məsələrdə davranışımız neytral olmalıdır. Bizim bir tələbimiz var, o da ərazi bütövlüyümüzün tanınması və Qarabağ məsələsinin kökündən həlli. Fərq eləmir bu sülh müqaviləsi Moskvada bağlanacaq və yaxud Vaşinqtonda. Əsas odur, Rusiyada anlamalıdır ki, bu məsələdə bizim taviz verəcək yerimiz yoxdur.

Eyni zamanda Rusiyada anlamalıdır ki, Azərbaycan tək deyil, Azərbaycanın yanında onun qardaşı və sağlam müttəfiqi Türkiyə var. Bu o deməkdir ki, Rusiya Ermənistan ilə danışdıqı dildə bizimlə danışa bilməz və bizə diktə edə bilməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar