Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan və Çexiya hərbi-texniki əməkdaşlığı gücləndirəcək

Ermənistan və Çexiya arasında ikitərəfli hərbi əməkdaşlıq indiyədək 10 mart 2010-cu il tarixli sazişlə tənzimlənib...

Ermənistan və Çexiya hərbi-texniki əməkdaşlığı gücləndirəcək.

Poliqon erməni mətbuatına əsasən xəbər verir ki, müvafiq dövlətlərarası sazişin ratifikasiyası haqqında layihəErmənistan hökumətinin iclasında təsdiq edilib. Hələ ratifikasiya olunmamış saziş 9 aprel 2019-cu ildə imzalanıb və əvvəlki 10 mart 2010-cu il tarixli sazişi əvəz etməlidir.

Sazişin ratifikasiyası iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün hüquqi baza yaradır. Sənəd təhsil müəssisələrində mütəxəssis və texniki kadrların hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Ermənistan-Çexiya iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiya çərçivəsində hərbi-texniki əməkdaşlıq üzrə işçi qrupu yaradılmalıdır. Görüşlərin keçirilmə tarixləri, qayda və prosedurları hər iki tərəfin səlahiyyətli orqanları tərəfindən müəyyən ediləcək.

Hökumət hesab edir ki, sazişin ratifikasiyası Ermənistan Respublikasının strateji maraqlarına tam uyğundur və onun həyata keçirilməsi hərbi-texniki sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyə imkan verəcək.

Hökumət tərəfindən təsdiqləndikdən sonra saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay