Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

Son dövrlərdə İranın atdığı addımlar rəsmi Bakının maraqlarına cavab vermir...

Siyasi-şərhçi: “Ümumiyyətlə, İranın addımları nəinki Azərbaycan və regionun, dünyanın da maraqlarına cavab vermir”.

“Son dövrlərdə Ermənistana İranın açıq şəkildə dəstək verməsi daha çox öz aləmlərində Azərbaycanı “cəzalandırmaqla” birbaşa bağlıdır”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı son dövrlərdə İranın atdığı addımları Poliqon.info-a şərh edərkən qeyd edib.

Məlumdur ki, son dövrlərdə İranın regionla, xüsusilə də AzərbaycanErmənistanla bağlı atdığı addımlar nə regionun, nə də rəsmi Bakının maraqlarına cavab verir. Dünən isə Ermənistanın İran PUA-ları üçün hava məkanını açdı.

Bölgədə yeni müharibə başlayır?

Mövzunu Poliqon.info-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Sonunda Azərbaycanın ayağına Tehran gələcək”.

İranın Ermənistan-Azərbaycan arasında növbəti savaşın başlanmasına çalışdığını vurğulayan siyas-şərhçi bildirib ki, buna nail ola bilməyəcək:

“Ümumiyyətlə, İranın addımları nəinki Azərbaycan və regionun, dünyanın da maraqlarına cavab vermir. Bu sırada ABŞ, İsrail və.s kimi dövlətlərin adlarını çəkə bilərik. Bu tarix boyu belə olub. Amma unutmayaq ki, İran sabun köpüyünü xatırladan bir ölkədir. Daxili barıt çəlləyinə bənzəyir. Yəni hər an daxildəki ixtişalarla dağıla bilər. Bu tipli ölkələrin hamısının aşağı yuxarı taleləri eyni olub, bundan sonra da elə olacaq. Çünki daxilində “xalqlar həbsxanası”nı daimi saxlaya bilməzsən. Təkcə elə 40 milyon soydaşımız ayağa qalxsa, cənub qonşumuz viran olar.

Son dövrlərdə Ermənistana İranın açıq şəkildə dəstək verməsi daha çox öz aləmlərində Azərbaycanı “cəzalandırmaqla” birbaşa bağlıdır. Amma molla rejimi istəyinə nail olmayacaq. Çalışacaq ki, Ermənistan-Azərbaycan arasında növbəti savaşın başlanmasına nail olsun. Lakin düşünürəm ki, buna da nail ola bilməyəcək. Ola bilər ki, lokal əməliyyatlar baş versin. Əslində bu da labüddür. Çünki ermənilərin başı yenə Dəmir Yumruq istəyir. Bu yumruğu da Azərbaycan Ordusu endirəcək. İran ermənilərə nə qədər dəstək versə belə rəsmi Bakı öz yolunu sona qədər gedəcək.

Sonunda Azərbaycanın ayağına Tehran gələcək. Onunla yanaşı Ermənistan da forpostu olduğu Rusiyanın ayaqlarına düşüb yalvaracaq. Başqa alternativ yoxdur. İran səfirliyimizə hücum etməklə, daxilimizdəki agentlərini işə salmaqla, son olaraq da deputatımıza, dəyərli dostumuz Fazil Mustafaya hücum təşkil etməklə nəyəsə nail olacağını düşünür. Amma son kozurlarını işə salıb. İmkanları tükənməkdədir. Molla rejimi artıq bütün dünyadan təcrid olunmaq üzrədir. Əvvəl-axır yaxşı anlayacaqlar ki, onlara “dilənən” Ermənistan deyil, güclü Azərbaycan lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar