Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin arzusu... - Laçın yoluna hərbi müdaxilənin nəticəsi nə ola bilər?

Mirzoyan Laçın yolunun açılması üçün hərbi yolu istisna etmir...

Politoloq: “Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dilindən səsləndirilən bu fikirlər əslində, erməni siyasi, hərbi dairələri tərəfindən uzun müddətdir planlaşdırılmış və məqsədyönlü şəkildə söylənilən fikirlərdəndir”.

“Təbii ki, Ermənistan öz ordusuna və öz hərbiçilərinə güvənərək bu sözləri deməyib. Ermənistan istəyir rus hərbiçiləri məsələyə müdaxilə etsin və beləliklə də, gərginlik artsın”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistan xarici işlər nazirinin Laçın dəhlizi ilə bağlı dediyi son fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan xarici işlər naziri bir neçə gün əvvəl Ararat Mirzoyan Laçın yolunun açılması üçün hərbi yola işarə edib. Qeyd edək ki, düşmən ölkənin diplomatiya xidmətinin rəhbəri son günlər Avropada keçirdiy görüşlərdə və kuluarlarda aktiv şəkildə Laçın yolunun hərbi yolla açılmasını daha məqsədə uyğun hesab edir. Hər halda onun verdiyi açıqlamalar bundan xəbər verir.

Böyük ehtimalla Ermənistanın xarici işlər nazirləri hərbi yolla bu işi həyata keçirəcək qüvvə olaraq Rusiya sülhməramlılarını görür. Çünki Avropadan hansısa dövlətlərin uzaq Azərbaycana qədər gəlib burda hərbi əməliyyat aparması heç də inandırıcı görünmür. Buna heç Mirzoyan da inanmır. Lakin görünür ki, Ermənistanın XİN rəhbəri BMT manadatını daşıyan hərbi qüvvənin Azərbaycan ərazilərində əməliyyat keçirməsini xəyal edir və bunun üçün çalışır.

Ümumiyyətlə, Laçın yolu məsələsinin hərbi yolla həllinə cəhd hansı nəticələr doğura bilər?

Ermənistanın baş nazirinin Laçın dəhlizi niyyətini PİA.az-ın əməkdaşı mövzunu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Ararat Mirzoyanın son baş verən 47 günlük hadisələrlə bağlı söylədiyi fikirlər və məsələnin hərbi yola istiqamətləndirmək cəhdini ortaya qoyması o qədər də effekt verəcək hərəkət deyil”.

Mirzoyanın verdiyi bubəyanatları təsadüf hesab etməyən politoloq PİA.az-a açıqlamasında vurğulayıb ki, bu bir blef xarakteri daşıyır, lakin bu blef baş tutarsa, təbii ki, İrəvan bundan böyük uduş əldə edə bilər:

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dilindən səsləndirilən bu fikirlər əslində, erməni siyasi, hərbi dairələri tərəfindən uzun müddətdir planlaşdırılmış və məqsədyönlü şəkildə söylənilən fikirlərdəndir. Hesab edirəm ki, Ararat Mirzoyanın verdiyi bu açıqlamalar təsadüfi deyil. Görünür ki, bu bir blef xarakteri daşıyır, lakin bu blef baş tutarsa, təbii ki, İrəvan bundan böyük uduş əldə edə bilər.ğ

Həmçinin bununla Ermənistan işarə verməyə çalışır ki, Rusiya hərbiçiləri orada öz missiyasını yerinə yetirmir. Belə olan halda isə gərginlik getdikcə artacaq.

Təbii ki, Ermənistan öz ordusuna və öz hərbiçilərinə güvənərək bu sözləri deməyib. Ermənistan istəyir rus hərbiçiləri məsələyə müdaxilə etsin və beləliklə də, gərginlik artsın.

Samir Hümbətov: “İrəvan istəyir ki, artıq münaqişə Ermənistan-Azərbaycan arealından çıxsın və Rusiya-Azərbaycan arealına keçsin”.

Əslində Ermənistanın məqsədi də aydındır. İrəvan istəyir ki, RusiyaAzərbaycan hərbiçiləri üz-üzə gəlsin və qan tökülsün. Təbii ki, bu ancaq İrəvanın maraqlarına xidmət edir və ona görə də çətin ki, ermənilərin bu xəyalı reallaşsın.

İrəvan istəyir ki, artıq münaqişə Ermənistan-Azərbaycan arealından çıxsın və Rusiya-Azərbaycan arealına keçsin. Artıq 47 gündür ki, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etirazı davam edir. Əgər bu 47 gün ərzində Rusiya oraya müdaxilə etməyibsə, bundan sonra da aksiya uzun müddət davam etsə belə, Rusiya oraya müdaxilə etməyəcək.

Hesab edirəm ki, Ararat Mirzoyanın son baş verən 47 günlük hadisələrlə bağlı söylədiyi fikirlər və məsələnin hərbi yolla istiqamətlənməsi ilə bağlı niyyətini ortaya qoyması o qədər də effekt verəcək hərəkət deyil. Çünki Rusiya tərəfi özünə əlavə problem istəmir, və bu heç də Moskvaya lazım deyil. Xüsusilə də, son dövrlər Moskva yaşadığı böhranla bağlı olaraq bu problemi nə özü yaşamaq istəmir, nə də regiona gətirmək istəmir. Moskva üçün önəmli olan münaqişənin gərgin notlar üzərində uzun müddət davam etməsidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar