Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər təşviş içində... - Ekspertlər növbəti müharibənin İrəvanın mərkəzində bitəcəyini deyirlər...

Karen Ovannisyanın yeni müharibə ehtimalı ilə bağlı fikirlər səsləndirib...

Politoloq: “İrəvanda yeni müharibənin başlaması ilə bağlı fikirlərin indi səsləndirilməsi Azərbaycan tərəfindən səsləndirilən haqlı tələblərə qarşı səsləndirilir və məqsəd də ondan ibarətdir ki, Ermənistanın təhlükəsizliyi ilə bağlı beynəlxalq güclərdən təminat alsınlar”.

“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan məğlub olsa da, kapitulyasiyaya uğrasa da, biz Ermənistanın ərazilərini işğal etməmişik, biz sadəcə öz ərazilərimizi işğaldan azad etmişik”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ermənistanda səsləndirilən yeni müharibə iddialarını Poliqon-a şərh edərkən qeyd edib.

Erməni hərbi ekspert Karen Ovannisyanın yeni müharibə ehtimalı ilə bağlı fikirlər səsləndirib. Onun fikirlər sosial şəbəkələrin erməni seqmentində böyük səs-küy yaradıb. Erməni ekspertin fikrincə yeni müharibə olarsa, bu, 44 günlük savaşdan miqyasına görə kəskin fərqlənəcəyini, eləcə də İrəvanın mərkəzinə qədər gedib çatması ilə bağlı fikirləri erməni ictimaiyyətində əməlli-başlı qorxu yaradıb.

Bəs Ovannisyanın sələndirdiyi fikirlər real ola bilər? İrəvanın mərkəzində yeni müharibə başlaya bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovla müzakirə edib.

Xəyal Bəşirov: “Azərbaycanın Ermənistana qarşı müharibə etmək istəyi yoxdur”.

Əgər Ermənistan cəmiyyətində Azərbaycana qarşı revanşist hisslər baş qalxacaqsa, bunun cavabının çox sərt və 44 günlük müharibədən də daha ağır olacağını vurğulayan politoloq Poliqon-a açıqlamasında bildirib ki, nə vaxta qədər sülh sazişi imzalanmayıbsa, ermənilər üçün belə risklər mövcud olacaq:

Ermənistan cəmiyyətində müxtəlif şəxslər tərəfindən zaman-zaman bu kimi informasiyaların şahidi oluruq. Təbii ki, ikinci Qarabağ müharibəsindən sonra bu tendensiya çox geniş vüsət alıb. Hesab edirəm ki, yeni müharibə fikirlərinin səsləndirilməsində əsas məqsəd revanşist qüvvələrin maraqlarına cavab verməkdir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan məğlub olsa da, kapitulyasiyaya uğrasa da, biz Ermənistanın ərazilərini işğal etməmişik, biz sadəcə öz ərazilərimizi işğaldan azad etmişik. Ermənistan cəmiyyəti anlamalıdır ki, Azərbaycan bu yolla ədaləti bərpa edib.

İrəvanda yeni müharibənin başlaması ilə bağlı fikirlərin indi səsləndirilməsi Azərbaycan tərəfindən səsləndirilən haqlı tələblərə qarşı səsləndirilir və məqsəd də ondan ibarətdir ki, Ermənistanın təhlükəsizliyi ilə bağlı beynəlxalq güclərdən təminat alsınlar. Bu da onunla bağlıdır ki, bu gün Qərbi Azərbaycan İcması özlərinin tarixi hüquqlarını bərpa etmək və tarixi torpaqlarına qayıtmaqla bağlı mövqelərini nümayiş etdirirlər. Bu da beynəlxalq aləmdə hər bir insan üçün tanınan hüquqdur. Burada hər hansısa bir müharibədən söhbət getmir. Amma hər zaman olduğu kimi Ermənistan bunu özünün istədiyi formada təhrif edərək həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır.

Azərbaycanın Ermənistana qarşı müharibə etmək istəyi yoxdur. Əksinə, əgər Azərbaycanın belə istəyi olsaydı ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə, Qarabağda hələ də qalan erməni silahlı dəstələrinə görə, Qazağın 7 kəndinin hələ də qaytarılmamasına görə, Naxçıvanın Kərki kəndinin boşaldılmamasına görə istədiyi addımı ata bilərdi. Eyni zamanda Ermənistanın sərhəddə törətdiyi təxribatlara görə Azərbaycanın əlində əsas var idi ki, hansısa əməliyyatlara başlasın.

Xəyal Bəşirov: “Bu demək deyil ki, Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan sərhədlərinə hansısa təhdid törədəcək”.

Əgər Ermənistan cəmiyyətində Azərbaycana qarşı revanşist hisslər baş qalxacaqsa, bunun cavabı çox sərt olacaq və 44 günlük müharibədən də daha ağır olacaq. Söhbət təbii ki, Ermənistana münasibətdən gedir. Hər bir halda onlar almamalıdır, ikinci Qarabağ müharibəsində Ermənistan ordusu darmadağın olub. Eyni zamanda indi Azərbaycan ordusu ikinci Qarabağ müharibəsində olduğundan daha çox gücə və imkanlara sahibdir. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı hələ də düşmənçilik hisslərindən əl çəkməyib. Əgər gələcəkdə Yerəvan Azərbaycana qarşı hansısa yanlış addımlar atacaqsa, bunun cavabı 44 günlük müharibədən də ağır veriləcək.

Amma bu demək deyil ki, Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan sərhədlərinə hansısa təhdid törədəcək. Baxmayaraq ki, həmin ərazilərin də bir çoxu Azərbaycanın tarixi əraziləridir. Azərbaycan hər zaman olduğu kimi bu gün beynəlxalq hüquqa, dövlətlərin sərhədlərinə, suverenliyinə hörmətlə yanaşır. Azərbaycan bütün beynəlxalq ictimaiyyətdən, o cümlədən də zaman-zaman bunu təhdid altına alan Ermənistandan da eyni məsələni tələb edir.

Rəmsi Bakının şərtləri bəllidir. Nə qədər ki, sülh sazişi imzalanmayıbsa, bu şərtlər yerinə yetirilməyibsə, söhbət baza prinsipləri əsasında sülh təkliflərindən gedir, Ermənistan özünün daxilindən belə bu kimi təhdidləri görəcək. Bu prosesdən yeganə çıxış yolu Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması və üzərinə götürdüyü öhdəliklərə riayət etməsindən keçir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar