Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni kəmfürsətçiliyi - Türkiyənin bu günündə ərazi iddiaları irəli sürdülər...

Zəlzələ baş verəndən sonra Ermənistan mətbuatı Diyarbəkr haqında məlumata mötərizə içində Tiqranakert, Qaziantep haqqında məlumatlara isə “qədim erməni şəhəri” sözlərini əlavə edirlər...

Politoloq: “Bu millət əxlaqsızlığı hər zaman milli xarakter olaraq nümayiş etdirib və bu gün gördüklərimiz də bunu bir daha sübut edir”.

“Ermənilərin məntiqinə qalsa, gərək İtaliya da desin ki, dünya Roma imperiyasının olub, bu üzdən də bütün bu torpaqlar İtaliyaya verilməlidir”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın Türkiyəyə ərazi iddialarını Poliqon-a şərh edərkən qeyd edib.

Erməni mətbuatı Türkiyədə baş verən zəlzələ ilə bağlı yaydığı məlumatlara özlərinin iyrənc informasiya müharibəsi detalları əlavə edirlər. Misal üçün Diyarbəkr haqında məlumata mötərizə içində Tiqranakert, Qaziantep haqqında məlumatlara isə “qədim erməni şəhəri” sözlərini əlavə edirlər.

Ermənilərin bu kəmfürsətliyini necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-nun əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Türkiyənin indiki halında belə bir iddianın ortaya atılması siyasi əxlaqsızlıqdan başqa bir şey deyil. Bu həm də yuxarıda da qeyd etdiyim kimi həm milli, həm də insani əxlaqsızlıqdır”.

Əgər Ermənistan Türkiyə ilə münasibətlərinin normallaşmasından danışırdısa, belə bir addım atılmasını lazımı bilməyən politoloq bildirib ki, Türkiyə bu gün ona edilən yaxşılıqları da, pislikləri də unutmur:

“Əlbəttə ki, Türkiyədə baş verən hadisə sonrası bu tipli fürsətçilərin olacağını gözləniləndi. Xüsusilə ermənilərdən belə bir şeyi gözləmək təbiidir. Çünki bu millət əxlaqsızlığı hər zaman milli xarakter olaraq nümayiş etdirib və bu gün gördüklərimiz də bunu bir daha sübut edir. Ermənilər hər zaman, bütün dövrlərdə fürsətçi və qara qəlbli olublar və bu gün də bunu bur daha göstərirlər.

Ermənistan kimi bir ölkə hər zaman öz qonşularının çətin zamanlarından istifadə ediblər. Uzağa getməyə ehtiyac yoxdur. 1990-cı ildə Azərbaycanda baş verən siyasi qarışıqlıq dövründən istifadə edərək ərazilərimizi işğal edənlər ermənilərdir. Günü bu gün də ermənilər təkcə Azərbaycanın deyil, Türkiyənin də şərq vilayətlərinə ərazi iddialarının olduğunu açıq şəkildə bildirirlər. Onlar bu ərazilərin “qədim erməni torpağı” olduğunu qeyd edirlər.

Ermənistan konstitusiyasında və dövlət xəritələrində hələ də Azərbaycanın Naxçıvan və Qarabağ, eyni zamanda Türkiyənin şərq vilayətlərinin onların ərazisi olduğu iddia edilir. Hətta bu ərazilər işğal altında olan ərazilər kimi göstərilir. Təbii ki, bu kimi iddiaların və sərsəm bəyanatların heç bir əsası yoxdur. Ermənilərin məntiqinə qalsa, gərək İtaliya da desin ki, dünya Roma imperiyasının olub, bu üzdən də bütün bu torpaqlar İtaliyaya verilməlidir.

Turan Rzayev: “Erməmistan mediasının bu tipli davranışı onu göstərir ki, bu ölkənin hakimiyyəti də, vətəndaşları da hələ də xəstə təxəyyüllə yaşayırlar”.

Ermənilərin bu tipli sərsəm iddiaları hər zaman olub, düşünürəm ki. bu xəstə millət yer üzündən silinənə qədər də davam edəcək. Sadəcə Türkiyənin indiki halında belə bir iddianın ortaya atılması siyasi əxlaqsızlıqdır başqa bir şey deyil. Bu həm də yuxarıda da qeyd etdiyim kimi. həm milli həm də insani əxlaqsızlıqdır. Bu gün Türkiyədə minlərlə insan həyatını itirib, minlərlə insan yaralanıb. Eyni zamanda itkilərin artacağı da gözlənilir və dağıntıların miqyası böyükdür. Əgər Ermənistan Türkiyə ilə münasibətlərinin normallaşmasından danışırdısa, gərək belə bir addım atmazdı. Türkiyə bu gün ona edilən yaxşılıqları da, pislikləri də unutmur.

Yerəvanın bu addımı normallaşmaqda olan Türkiyə-Ermənistan münasibətlərini ləngidə bilər, hətta münasibətləri sonlandıra bilər. Onsuz da Türkiyə Ermənistanla prosesləri çox ehtiyyatla aparırdı. Hesab edirəm ki, bu proses də münasibətlərə ciddi zərbə vuracaq. Türkiyə-Ermənistan münasibətlərinin normalaşmaması isə Ermənistanın Qərbə inteqrasiya prosesini ləngidə bilər. Bütün bu hadisələr onu göstərir ki, Ermənistan hələ də işğalçı təfəkkürdədir.

Düzdür, Ermənistan Türkiyəyə yardım göndərib. Amma eyni zamanda Erməmistan mediasının bu tipli davranışı onu göstərir ki, bu ölkənin hakimiyyəti də, vətəndaşları da hələ də xəstə təxəyyüllə yaşayırlar. Ermənistanın Türkiyəyə etdiyi ərazi iddialarının heç bir əsası yoxdur. Onlar saxta tarixin uydurma inanclarına inanan insanlardır. Türkiyə mütləq şəkildə ölkəni toparlayandan sonra Ermənistana layiqli cavab verəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar