Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan-Kılıcdaroğlu rəqabəti... - AKP hakimiyyətdən gedə bilər?

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək...

ReAl-ın icraçı katibi: “Türkiyə keçiriləcək seçkilər demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir”.

“Kılıcdaroğlu qalib gələcəyi təqdirdə belə Azərbaycanla strateji müttəfiqliyi davam etdirmək borcundadır. Çünki bu dövlətlərarası müqavilələrlə təsbit olunub”.

Bu sözləri ReAl-ın icraçı katibi Natiq Cəfərli Türkiyədə keçiriləcək seçkilərin mümkün nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Bu həftənin sonunda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Bu seçkiləri necə dəyərləndirmək olar və Ərdoğanın hakimiyyətdən getməsinə ehtimal vermək olar? Kılıcdaroğlu Ərdoğan qədər Azərbaycana diqqət yetirəcəkmi?

Ümumiyyətlə, Kılıcdaroğlu Qərbin təzyiqlərinə qarşı Türkiyənin təməl maraqlarını qorumaq üçün iradə nümayiş etdirmək əzmində görünürmü?

Ərdoğan-Kılıcdaroğlu mübarizəsini Poliqon-un əməkdaşı ReAl-ın icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Bu gün Kılıcdaroğlu və onun koalisiyasının zəif nöqtəsi əleyhinə olan birlik modelidir”.

Kılıcdaroğlunun daxildəki ictimai rəyi də nəzərə almaq məcburiyyətində olduğunu vurğulayan Natiq Cəfərli bildirib ki, Türkiyə ictimaiyyətində Azərbaycanın yeri bir başqadır:

“Türkiyə keçiriləcək seçkilər demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir. Seçkilərə çox az zaman qalıb və Türkiyədə bu seçkilər başa-baş mücadilə ilə yadda qalır. Yəni, seçkilərdə kimin qalib gələcəyi ilə bağlı nəticələri indidən söyləmək çox çətindir. Hətta, seçkilərdə ikinci turun olması ehtimalı çox yüksəkdir. Ola bilər Türkiyədə prezident seçkilərində ikinci turun şahidi olaq.

Azərbaycanla münasibətlərdə Kılıcdaroğlunun son açıqlamaları o qədər də müsbət qarşılanmadı. Amma, Kılıcdaroğlu qalib gələcəyi təqdirdə belə Azərbaycanla strateji müttəfiqliyi davam etdirmək borcundadır. Çünki bu dövlətlərarası müqavilələrlə təsbit olunub. İndiyə qədər Azərbaycanla Türkiyə arasında onlarla müqavilə bağlanıb. Ən son Şuşa Bəyannaməsi hər iki parlament tərəfindən təsdiq olunub. Bundan başqa 15 yeni iqtisadi-sosial məsələlərə yatırımlarla bağlı müqavilə bağlandı və təsdiqləndi.

Yəni bu dövlətlərarası məsələdir və şəxslərə bağlı deyil. Eyni zamanda Kılıcdaroğlu daxildəki ictimai rəyi də nəzərə almaq məcburiyyətindədir. Çünki Türkiyə ictimaiyyətində Azərbaycanın yeri bir başqadır. Türkiyədə Azərbaycanla münasibətlərə kifayət qədər rəğbət və həssaslıqla yanaşan kəsimlər var.

Natiq Cəfərli: “Seçkilərin nəticələrindən asılı olmayaraq Azərbaycan-Türkiyə münasibətlərinin strateji olaraq davam etdirilməsi mütləq baş verəcək”.

Amma bir şeyi də demək lazımdır ki, Türkiyənin daxili problemləri, zəlzələnin verdiyi fəsadları, lirənin dəyərdən düşməsini, iqtisadiyyat problemləri də nəzərə alsaq seçkilərin nəticələrindən asılı olmayaraq (Ərdoğan da qalib gəlsə, müxalifət də qalib gəlsə) bir müddət Türkiyənin daxili problemlərinin həlli çox güman ki, prioritet olacaq. Qalib gələn namizəd daxili problemlərin həllinə köklənəcək.

Daha bir məsələ isə ondan ibarətdir ki, bu gün Kılıcdaroğlu və onun koalisiyasının zəif nöqtəsi əleyhinə olan birlik modelidir. Yəni orada hamı Ərdoğan əleyhinə birləşib. Amma 6 partiyanın hər birinin öz gündəliyi, ideologiyası, iqtisadi və sosial məsələlərə baxışı var. Hətta, qalib gəlsələr belə seçkilərdən sonra bu fərqli baxışları uzlaşdırmaq çox çətin olacaq və bu koalisiyanın ayaqda qalmaq ehtimalı da çox aşağıdır.

Buna görə də seçkilərin nəticələrindən asılı olmayaraq Azərbaycan-Türkiyə münasibətlərinin strateji olaraq davam etdirilməsi mütləq baş verəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar