Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşən Xəzər: "Belə çıxır ki, ölkənin 80 faizi agentdir?"

“Məni İran agenti kimi qələmə verənlərə, sadəcə, ayıb olsun. İndi biz İrana görə ibadət etməyək?”

PİA.az xəbər verir ki, bu sözləri keçmiş meyxanaçı Elşən Xəzər Globalinfo.az-a sosial şəbəkələrdə onun haqqında “İran agenti” deyilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu, yalandan başqa bir şey deyil:

“Bəli, ibadət əhliyəm, əqidəm də şiədir. Əgər mənim “İran agenti” olmağımı bununla əsaslandırırlarsa, onda belə çıxır ki, ölkənin 80 faizi agentdir? Axı ölkədə şiə çoxluq təşkil edir. İranda 40-50 ildir inqilab olub. Ondan əvvəl bəyəm bizdə şiəlik yox idi? Məhərrəmə getmir, aşura günü etmirdilər?! Belə şey olar? Vallah ayıbdır!”

E.Xəzər deyib ki, bəzi insanlar sosial şəbəkələrdə baxış sayı toplamaq üçün nə olsa yazırlar:

“Camaatın evdə anası, atası, yoldaşı, övladı var. Bir insanı ittiham edən zaman onun dəlil və sübutu olmalıdır. Bəli, mən islami şeirlər yazıram, Türkiyə, İraq, Almaniya, Rusiya, İrana dəvət edirlər, gedib şiə toplumu olan mərasimlərdə iştirak edirəm. İndi kim hara gedirsə, oranın agenti olur? Onda Türkiyənin, Almaniyanın da agenti desinlər də. O ölkələrə də gedirəm. Özü də, hansı ölkəyə getsək, sosial şəbəkələrdə özümüz çəkib paylaşırıq. Bunu hər kimdirsə, qərəzli edir. Mən belə insanlara təəccüb edirəm. Nədir axı bunların fikri? Mənim adımı İranla qəti əlaqələndirməsinlər. Allah xalqımızı qorusun!”

Meyxanaçı deyib ki, kimlərisə sosial şəbəkədə “İran agenti” adlandıranların özləri araşdırılmalıdır:

“Bu cür insanları araşdırmaq lazımdır ki, bunlar nə niyyətlə, kimin tapşırığı ilə belə şayiələr yayırlar?! Biz göz önündəyik! Hara gedib-gəlirik, kiminlə olurıq, hansı təyyarə ilə gediriksə, hamısı açıq bilinir. Bunlar axı niyə belə edirlər? Bizi dövlətimizlə, millətimizlə üz-üzə qoymaq, xalqın gözündən salmaq istəyirlər? Şükür ki, dövlət hər şeyi görür”.

E.Xəzər barmağındakı üzüklə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“O üzük heç mənim olmayıb. Bir tanış şəxs onun satışı ilə məşğul idi. Mən də görüb, bəyənib paylaşdım. Hətta paylaşımda üzüklə bağlı qısa məlumat da vermişəm. Bu, hardasa, 5 il öncəyə aid görüntülərdir. İndi onu da atıblar ortaya ki, guya üzük İrandan gəlib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar